05 Oktyabr 2021 00:52
286
İQTİSADİYYAT
A- A+

Bakıda Yaponiya-Azərbaycan investisiya forumu keçirilib

 

Oktyabrın 4-də Bakıda Yaponiya-Azərbaycan investisiya forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, 8 Noyabr - Zəfər Günündən ötən qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlamış quruculuq işləri uğurla davam edir. Azərbaycan azad edilmiş torpaqlarında dünyanın ən son texnoloji uğurlarını tətbiq edərək, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrini sürətlə həyata keçirir. Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradılır.

“Heç şübhəsiz ki, bu imkanlar barədə bugünkü Azərbaycan-Yaponiya İnvestisiya Forumunda iştirak edən investorlara da məlumat veriləcək. Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və sair sahələrdə yaxından iştirak edirlər. 2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarıdır”, - deyə Məmməd Musayev vurğulayıb.

M.Musayev qeyd edib ki, ASK müxtəlif beynəlxalq təşkilatlar və investorlarla əlaqələr yaratmaq imkanlarından geniş istifadə edir. Yapon investorlarının təsis etdiyi “TET International Development” şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvlərindən biridir. Son iki ildə TET şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 milyon ABŞ dollarından artıq investisiya yatırıb.

Forumda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, bir neçə böyük şirkət Qarabağa vəsait ayıracaq. İşğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə obyektə maliyyə yardımının göstərilməsinin texniki mərhələsinə başlanılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müaivni Natiq Həsənov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova Azərbaycanla Yaponiya arasında aparılan iqtisadi əlaqələri yüksək qiymətləndiriblər. 

Yapon “TET International Development” şirkətinin rəhbəri Taro Savada Yaponiyada Azərbaycan məhsullarının satış mərkəzinin açılmasının planlaşdırıldığını deyib.

O bildirib ki, hazırda Azərbaycanın təbii məhsulları, fındıq, şərab, zeytun yağları Yaponiyaya ixrac edilir. “Azərbaycan məhsullarının satışı Yaponiyanın “e-kommersiya” saytı vasitəsilə həyata keçirilir. Biz rəsmi olaraq Azərbaycan məhsullarını Yaponiyaya ixrac edən ilk şirkətik. Azərbaycanın satış mərkəzini məhz Tokioda açmağı planlaşdırırıq”, - deyə şirkət rəhbəri qeyd edib.

Qeyd edilib ki, bu il sentyabrın əvvəlində yapon investorlarının ilk qrupu ölkəmizə biznes səfəri edib. Azərbaycan Sahibkarlar Konfederasiyası onları ölkəmizin investisiya imkanları ilə tanış edib və Şəki, Zaqatala rayonlarında keçirilən görüşlərin təşkilində dəstək verib. Görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub, eyni zamanda, qonaqları maraqlandıran sahələrlə bağlı suallara cavablar verilib.

Sonra Azərbaycan-Yaponiya arasında Anlaşma Memorandumu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video