23:54 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir
ANA SƏHİFƏ / SƏHIYYƏ
06:10 14.10.2011

 

Oktyabrın 13-də Azərbaycan Tibb Universitetində XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, əvvəlcə konqres iştirakçıları universitetdə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Dünyanın 22 ölkəsindən 120-dək aparıcı elm adamları və tibb mütəxəssislərinin iştirak etdikləri konqresi açan ATU-nun rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov bildirmişdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Rektor konqresin işinə uğurlar arzulamışdır. Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyətinin sədri professor Hasan Özkan çıxışında ölkələr arasında elmin qarşılıqlı olaraq tanınmasında və əlaqələrin qurulmasında bu cür konqreslərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

H.Özkan məlumat vermişdir ki, konqres müxtəlif illərdə Qazaxıstanda, Gürcüstanda, İranda, Özbəkistanda, Qırğızıstanda və Türkiyədə keçirilmişdir. Bu konqresdə isə dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyədən, Rusiyadan olan alimlər, eləcə də Azərbaycanın öz alimləri iştirak edirlər.

Konqresin bir məqsədinin də bu bölgədəki ölkələr üçün yeni bir elmi platforma qurmaqdır - deyən H.Özkan bildirmişdir ki, tədbirdə iştirak edən alimlər öz araşdırmalarını nümayiş etdirəcəklər.

Cəmiyyətin sədri demişdir ki, bizim bu sahədə ən böyük uğurumuz bu il ingilis dilində nəşr edilən tibbi jurnal olmuşdur. Jurnal Hindistanın dünyadakı ən böyük dördüncü çap şirkəti tərəfindən buraxılır. Artıq jurnalın birinci nömrəsi işıq üzü görmüşdür. İkinci nömrəsi isə bu yaxınlarda çap ediləcəkdir. Biz bu jurnalın köməyi ilə öz səsimizi dünyaya çatdırmaq istəyirik.

Tədbirdə Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri akademik Böyükkişi Ağayev və digər çıxış edənlər elmi əlaqələr və təcrübə mübadiləsi baxımından konqresin əhəmiyyətindən danışmışlar.

Konqresdə "Bədxassəli sarılıqlarda öd yollarının dekompressiyası tempi", "Pankreatobiliar xəstəliklərin endoskopik diaqnostikasında və müalicəsində son nailiyyətlər, barret qida borusunun və erkən ezofageal xərçəngin endoskopik təyini və müalicəsi", "Xronik biliar pankreatitlər: etiologiyası, patogenezi, klinikası, müalicəsi, qastritlərin müalicəsində sitoprotektorların tətbiqi" və s. mövzularda məruzələr dinlənilmişdir.

Konqresin iştirakçıları  cərrahiyə və qastroenterologiya  sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparmışlar.

Konqres işini oktyabrın 15-də başa çatdıracaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM