05 Oktyabr 2021 00:53
464
SİYASƏT
A- A+

Bakıda “Qars müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfrans keçirilib

 

Oktyabrın 4-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda “Qars müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Qars müqaviləsinin tək tarixi nöqteyi-nəzərdən deyil, bu günün reallıqlarına baxdıqda hələ də qüvvədə olan, böyük əhəmiyyətə malik bir sənəd olduğunu deyib. Fərid Şəfiyev imzaladığı sənədlərdən sonradan imtina edən Ermənistanın 44 günlük müharibənin yekununda imzalanmış 10 noyabr Bəyanatını da başqa şəkildə yozmaq istədiyini dilə gətirib. “Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir. Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndindəki Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni başqa istiqamətə yozmaq istəyir. Onlar üçün öhdəlik deyilən bir anlayış yoxdur”, - deyə BMTM-in İdarə Heyətinin sədri bildirib. Daha sonra çıxış edən Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar bildirib ki, Qars müqaviləsinin əsas maddəsi ondan ibarətdir ki, Ermənistan bölgədəki ölkələrə qarşı ərazi iddialarından tamamilə əl çəkir. Onun sözlərinə görə, sənəd sübut edir ki, Ermənistan o zaman da Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı torpaq iddialarında olub. Bu müqavilə Azərbaycanla Türkiyəni Ermənistana qarşı güclü edən bir sənəddir. Qars müqaviləsinin imzalanması Şuşa Bəyannaməsinin və Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsinin imzalanması üçün hüquqi zəmin yaradıb.

Aygün Attar qeyd edib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətləri üçün siyasi, iqtisadi, hərbi anlamda vacib sənəddir və münasibətlərin yeni mərhələyə qədəm qoyması deməkdir.

Daha sonra tədbir panel müzakirələri ilə davam etdirilib. Milli Məclisin deputatı Musa Qasımlı, Türkiyə Diplomatiya Vəqfinin Direktoru Oğuzhan Bilgin, Bakı Dövlət Universitetinin müəllimləri Nəsiman Yaqublu və Mətin Məmmədli, BMTM şöbə müdiri Cavid Vəliyev, Girəsun Universitetinin müəllimi Yalçın Sarıkaya, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı çıxış edərək Qars müqaviləsinin imzalandığı tarixi şəraitdən, əhəmiyyətindən və bu gün vacib, strateji sənədə çevrilməsindən danışıblar.   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video