14 Mart 2012 01:03
281
Mədəniyyət
A- A+

Bakıda Novruz bayramı münasibətilə milli şirniyyat növlərindən və quru meyvələrdən hazırlanmış «Xonça» sərgisi açılmışdır

 

Azərbaycan milli adət və ənənələrinə dərindən bələd olan, ömrünün iyirmi ilindən çoxunu Bakı Dövlət Universitetində müəllim kimi şərəfli bir peşəyə həsr etmiş rəssam İradə Əmiraslanovanın müəllifi olduğu  "Xonça" satış-sərgisi ilaxır çərşənbə ilə bağlı paytaxtımızda təşkil edilmiş bayram tədbirlərinə xüsusi rəng qatmışdır.

AzərTAc xəbər verir ki, martın 13-də "Kempinski Hotel Badamdar" mehmanxanasında təşkil edilmiş bu sərgi vasitəsilə İradə Əmiraslanova şirniyyat və quru meyvələrdən hazırladığı xonçalarla  mədəni irsimizin təbliği və tanınmasına öz töhfəsini verməyə çalışmışdır.

Tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç, Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov və başqaları bildirmişlər ki, bu gün  Azərbaycan Novruz bayramı ərəfəsində sonuncu - torpaq çərşənbəsini qeyd edir. Belə bir gündə bu sərginin açılması olduqca əlamətdar hadisədir.

Natiqlər vurğulamışlar ki, İradə Əmiraslanovanın hazırladığı bu xonçalarda bütün milli elementlər zərif şəkildə, müxtəlif heyrətamiz incə naxışlarla öz əksini tapmışdır. Elə bu səbəbdən də iştirakçıların zövqünü oxşayır. Xonçaların hazırlanması İradə xanımın öz texnikasına əsaslanır və Azərbaycanın dekorativ-tətbiqi incəsənət sahəsində yeni tendensiyasını təqdim edir. Belə sərgilər Azərbaycan milli mətbəxinin, xüsusilə də şirniyyat növlərinin xarici ölkələrdə təbliği baxımından əlverişli imkanlar yaradacaqdır.

Tədbirin iştirakçılarını ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən İradə Əmiraslanova bu sahədə işlərinə 2006-cı ildən başladığını vurğulamışdır. O bildirmişdir ki, xarici ölkədə yaşayarkən xalqımıza məxsus zəngin və təkrarsız şirniyyat növlərinin tanıdılması üçün nə isə etmək qərarına gəldim. Elə bu məqsədlə də işə başladım. Artıq bu istiqamətdə gördüyüm işlər göz qabağındadır. Ötən müddətdə bu incə peşənin qadınlar tərəfindən sevilməsi və öyrənilməsinə də çalışmışam. Nəticədə 16 nəfəri bu işə cəlb etməyə nail olmuşam.

İ.Əmiraslanova demişdir ki, sərgidə 41 sinidə, Özbəkistandan gətirilmiş yemiş qurusu üzərində milli ornamentlərə əsaslanan əl işləri təqdim edilir. Bu işlərin görülməsi üçün 300 kiloqramdan çox yemiş qurusu, 60 kiloqram ləpə, 10 kiloqram ərik qurusu, 40 kiloqram kişmiş və digər meyvə qurularından istifadə edilmişdir. Təqdim edilən xonçalarda Azərbaycanın milli rəmzi hesab olunan butanın müxtəlif formaları öz əksini tapmışdır.

İştirakçılar müəllifin böyük zəhmət və zövqlə hazırladığı "Tək buta", "Ailə", "Ləçək buta", "İçərişəhər", "Novruz" və digər işlərə böyük heyranlıqla tamaşa etmişlər.

Sərgidə xalq artisti Mələkxanım Əyyubovanın ifasında xalq mahnıları səslənmişdir. Müğənnini xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) müşayiət etmişlər.

Sərgiyə martın 14-də yekun vurulacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video