10:38 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi üçün akkreditasiya başlanmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 16.02.2012

 

Fevralın 15-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan (Bakı vaxtı ilə saat 15:00) etibarən "Eurovision-2012" mahnı müsabiqəsində nümayəndə heyətlərinin, jurnalistlərin  və fanklub üzvlərinin akkreditasiyasına başlanılmışdır.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki,   akkreditasiya prosesi aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dək (Bakı vaxtı ilə saat 02:59) davam edəcəkdir.

Akkreditasiya prosesi "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də "Eurovision Family Accreditation System" (EFAS) vasitəsilə həyata keçirilir.

Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.

Yalnız akkreditasiyadan keçmiş jurnalistlər "Eurovision-2012" mahnı müsabiqəsinin gedişini işıqlandıra biləcəklər.

May ayında keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi üçün biletlər və otellər barədə ətraflı məlumatlar yaxın vaxtlarda açıqlanacaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM