01 Iyun 2014 12:06
242
Səhiyyə
A- A+

Bakıda III «Azərbaycan Plastik Cərrahiyyə Günləri və ISAPS kursu» beynəlxalq konfransı keçirilir

 

Mayın 31-də  Bakıda III "Azərbaycan Plastik Cərrahiyyə Günləri və ISAPS kursu" beynəlxalq konfransı öz işinə başlamışdır.

Konfrans Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Beynəlxalq Plastik Cərrahiyyə Cəmiyyətinin (ISAPS) birgə təşkilatçılığı ilə baş tutmuşdur.

ATU-nun Tədris-Cərrahiyyə Klinikasında keçirilən konfransda Fransa, Rusiya Federasiyası, İran və Türkiyənin aparıcı plastik cərrahları ilə yanaşı, yerli mütəxəssislər də iştirak edirlər.

Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

Konfransın işinə uğurlar arzulayan  ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov xalqımızın ümummilli lideri Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi davamı olaraq Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırmasının ölkəmizdə plastik və rekonstruktiv cərrahiyyənin inkişafına səbəb olduğunu vurğulamışdır. "İnanıram ki, III "Azərbaycan Plastik Cərrahiyyə Günləri və ISAPS kursu" plastik və rekonstruktiv cərrahiyyənin inkişafına töhfələr verəcəkdir. Bakıda keçirilən bu tipli konfranslara beynəlxalq aləmin diqqətinin artması isə bizim doğru yolda olduğumuzun göstəricisidir" - deyə Ə.Əmiraslanov bildirmişdir. Qeyd edilmişdir ki, konfransın proqramı hazırlanarkən plastik və rekonstruktiv cərrahiyyə sahəsindəki mübahisəli problemlərə daha çox yer ayrılmışdır.

 Rektor demişdir ki, konfrans zamanı ISAPS kursunun təşkili isə xüsusilə gənc həkimlərə çox faydalı olacaqdır. Eyni zamanda, iki gün davam edəcək konfrans azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsinin son nailiyyətlərini müzakirə etmək imkanı verəcəkdir.

Plenar iclasda isə ISAPS kursunun rəhbəri Nazım Çerkeş çıxış edərək Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini, xüsusilə ATU-nun ən müasir avadanlıqlarla təchiz olunmuş klinikalarının onda xoş təəssürat yaratdığını bildirmişdir.

 Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin sədri professor Vaqif Qələndərov isə ölkəmizdə səhiyyəyə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd etmişdir ki, dövlət başçısının diqqət və qayğısı sayəsində əsaslı təmirdən çıxmış və ya yeni tikilmiş 500-dən artıq tibb müəssisəsinin ən müasir avadanlıqlarla təchiz olunması Azərbaycanda plastik cərrahiyyənin inkişafı üçün də geniş imkanlar açır.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Bölmələrdə üzün cavanlaşdırılması, burun plastikası, dərinin müəyyən hissələrində liftinq, habelə üz dərisinin təbii yolla cavanlaşdırılması, mammoplastika, plastik cərrahiyyədə son elmi nailiyyətlər və problemlərlə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

III "Azərbaycan Plastik Cərrahiyyə Günləri və ISAPS kursu" iyunun 1-də başa çatacaqdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video