00:41 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda 25-ci Beynəlxalq Biznes Forumu keçiriləcək

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:32 07.07.2021

 

İyulun 6-da iş adamlarının, biznes assosiasiyaları və Beynəlxalq Biznes Forumun (IBF) nümayəndələrinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və IBF arasında 25-ci IBF Forumunun Bakıda keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.

O.Məmmədov IBF-nin ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığın genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib. Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Forum post-COVID dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından da əhəmiyyətli olacaq.

Beynəlxalq Biznes Forumun rəhbəri E.Yarar və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Abdurrahman Uzun 25 ildir keçirilən IBF-nin əhəmiyyətinə dair fikirlərini bölüşüb, növbəti tədbirin Bakıda keçirilməsindən məmnunluqlarını bildiriblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov forumun iş adamları arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin biznes mühitinin təqdim olunması baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Tədbir çərçivəsində IBF-nin fəaliyyətinə dair film nümayiş olunub.

Qeyd edək ki, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. Forum 1995-ci ildə MÜSİAD tərəfindən təsis edilib və ildə bir dəfə keçirilən IBF çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və sair tədbirlər təşkil olunur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM