03 Noyabr 2011 06:11
411
Mədəniyyət
A- A+

Bakıda 1-ci Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində elmi simpozium keçirilmişdir

 

Noyabrın 2-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən 1-ci Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika" mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdir.

Mədəniyyət və incəsənət xadimlərinin, sənətşünasların, KİV nümayəndələrinin iştirak etdikləri simpoziumun məqsədi Şərq və Qərbin kukla teatrları məsələlərini müzakirə etmək, fikir mübadiləsi aparmaqdır.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qonaqlara festival haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Bakıda keçirilən 1-ci Beynəlxalq Kukla Teatrları Festivalı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuşdur.

Nazir müavini Azərbaycanda müstəqillik illərində teatrın inkişafı istiqamətində görülən işlər barədə danışmışdır. Diqqətə çatdırmışdır ki, ümummilli liderimiz Heydər Əliyev bütün sahələrlə yanaşı, mədəniyyətə də böyük qayğı göstərmiş, mədəniyyət obyektlərinin və işçilərinin fəaliyyəti üçün böyük imkanlar yaratmışdır. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin böyük qayğısı və diqqəti nəticəsində bu gün  teatrımız sürətlə inkişaf edir. Dövlətimizin başçısının 2007-ci ildə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamı, 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı və digər mühüm sənədlər bu qayğının ifadəsidir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın milli mədəniyyətin inkişafında göstərdiyi əvəzsiz xidmətlər teatrımızın inkişafına böyük dəstəkdir.

Ə.Vəliyev diqqətə çatdırmışdır ki, böyüklərin teatr tamaşalarına münasibətinin formalaşmasında kukla teatrlarının əvəzsiz rolu vardır. Bu baxımdan Bakıda 1-ci Beynəlxalq Kukla Teatrları Festivalının keçirilməsi böyük əhəmiyyətə malikdir.  Noyabrın 4-də Muzey Mərkəzinin İncəsənət Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Birinci Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcəkdir.

Elmi simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jak Trüdo,  qurumun vitse-prezidenti Stanislav Dubrava, UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan, Uşaq və Gənclər üçün Teatrların Beynəlxalq Assosiasiyasının prezidenti İvet Hardi, Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri, Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif Əl Alkham, Gürcüstanın İliya Universitetinin rektoru Levan Xetaquri və başqaları iştirak etmişlər.

Beynəlxalq simpoziumun moderatoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.

İki sessiyadan ibarət beynəlxalq elmi simpoziumda "Müasir kukla teatrı: ideya, təşəkkül, perspektivlər" mövzusunda çıxışlar  olmuşdur. Çıxışlarda qloballaşan dünyada kukla teatrlarının milli mədəniyyətin ənənələrini qorumaqla bəşəri incilərin də nəzərə alınması və gələcək nəslin bu əsaslarda tərbiyəsi məsələləri ətrafında maraqlı diskussiyalar aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video