03 Noyabr 2021 00:32
1865
ELANLAR
A- A+

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

 

“Azercell Telekom” abunəçilərinin tələblərinə yüksək səviyyədə cavab vermək üçün ölkə üzrə LTE şəbəkəsinin əhatə dairəsini daha da genişləndirir

 

Müasir zamanda mobil internetə olan əsas tələb bağlantının sürətli və kəsintisiz olmasıdır. “Azercell Telekom” elə bu ehtiyacı əsas tutaraq Azərbaycan üzrə LTE şəbəkəsinin əhatə dairəsini getdikcə daha da artırır. Hazırda şirkətin LTE şəbəkəsinin coğrafi baxımdan əhatə dairəsi ötən ilə nisbətən təxminən 7 faiz daha artıqdır. Ümumilikdə 2021-ci ilin 9 ayı müddətində şirkətin quraşdırdığı yeni stansiyaların fəaliyyəti nəticəsində LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsi 85.65 faizə, coğrafi əhatə dairəsi isə 74.3 faizədək artıb. Xatırladaq ki, şirkətin ümumilikdə səs və mobil internet xidmətlərinin əhatəsi baxımından son göstəriciləri ölkə ərazisi üzrə 94,25 faiz, ölkə əhalisi üzrə isə 98,73 faiz təşkil edir. Bütün bunlarla yanaşı, mobil operator yaxın zamanda Bakı və Abşeronda internet tutumunu və sürətini daha 30 faiz artırmağı planlaşdırır.

LTE şəbəkəsinin təkmilləşdirilməsi üzrə görülən işlər “Azercell”in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, mobil internetin sürətinə də güclü təsir göstərib. Hazırda Bakı şəhərində ən yüksək sürətli LTE şəbəkəsi də məhz şirkətə aiddir. Bunu paytaxtda aparılan sürət testləri (Drive Test) dəfələrlə sübut edib. Son 3 il ərzində “Azercell”in şəbəkəsi üzərindən endirmə sürəti 2.5 dəfə artıb. Belə ki, 2018-ci ildə Bakı və Abşeron yarımadası üzrə orta sürət bu sürət 19 Mbit/s təşkil edirdisə, ötən il 41 Mbit/s, bu il isə  51 Mbit/s olub. Lakin “Azercell” yalnız paytaxtda deyil, bütün ölkə üzrə abunəçilərini sürətli və keyfiyyətli mobil internetlə təmin edir. Hazırda “Azercell”in LTE şəbəkəsi ilə 240 Mbit/s qədər endirmə (download), 95 Mbit/s qədər isə yükləmə (upload) sürəti əldə etmək mümkündür. Son bir il ərzində “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminin də 1.7 dəfə artdığını qeyd etmək lazımdır. Mühüm göstəricilərdən biri də şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71 faizinin məhz LTE texnologiyası üzərindən daşınmasıdır. Bu da o deməkdir ki, bu sürətlə Ultra HD 4K keyfiyyətli videonu onlayn şəkildə heç bir kəsinti olmadan rahatlıqla izləmək mümkündür.

Mobil operator mütəmadi olaraq ölkə üzrə radio baza stansiyalara LTE texnologiyasını əlavə etməklə onların işini təkmilləşdirir, həmçinin öz şəbəkəsini daha keyfiyyətli, daha çox tutuma malik yeni texnologiyaların tətbiqinə hazırlayır. Bu məqsədlə təkcə 2021-ci ildə mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub, 246 stansiyada təkmilləşdirmə işləri aparılıb, 150 stansiyanın isə ümumi internet tutumu artırılıb. 2021-ci ilin yanvar ayından bu günə kimi LTE texnologiyası üzərindən çalışan 76 ədəd yeni radio baza stansiya quraşdırılıb. Hazırda şirkət ölkə ərazisindəki ümumi olaraq 2846 stansiyası ilə abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir.

“Azercell” işğaldan azad olunmuş ərazilərimizdə də mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. İndi işğaldan azad olunmuş torpaqlarımızda şirkətə məxsus 65-dən artıq radio baza stansiyası fəaliyyətdədir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq “Azercell” şəbəkəsi ilə əhatə olunub.

“Azercell Telekom”un Bakı Metropolitenində apardığı tədbirlər nəticəsində artıq metro sərnişinləri qatarın hərəkətdə olduğu zaman da internetsiz qalmırlar. İndiyədək Bakı Metropoliteninin mövcud 24 stansiyası və 23 tunelində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib. Yaxın zamanda Bakı Metropoliteninin artıq bütün tunelləri “Azercell” LTE şəbəkəsi ilə əhatə ediləcək.

Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərir ki, bir çox keyfiyyət göstəricilərinə görə “Azercell” dünya üzrə yüksək nəticə göstərərək “Best in class” kateqoriyasına daxil olub.

“Azercell Telekom” MMC-nin əsas prioritet istiqamətlərindən biri abunəçilərini hər zaman keyfiyyətli mobil rabitə ilə təmin etməkdir. “Azercell” LTE şəbəkəsini təkmilləşdirməklə abunəçilərinə daim onlayn olmaq, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək imkanını yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video