21 Noyabr 2021 15:52
207
İQTİSADİYYAT
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımaların həcmi artmaqdadır

 

Qars Logistik Mərkəzi aktiv fəaliyyət göstərir və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşımaların həcminin artmasına müstəsna təsirə malikdir.

AZƏRTAC Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, bu fikirləri nazir Adil Karaismailoğlu ifadə edib. Nazir bildirib ki, cari ildə noyabrın 19-dək BTQ xətti ilə ümumilikdə 262 qatar, 26 min 214 konteynerlə 1 milyon 419 min 686 ton yük daşınıb. Göründüyü kimi BTQ xətti ilə daşınmaların ümumi həcmi günbəgün artır.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu ilə cəmi 78 min ton yük daşındığı halda, cari ilin eyni dövründə BTQ xətti ilə daşınan yüklərin çəkisi 154 min 836 tona çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video