17 Iyul 2021 23:31
751
CƏMİYYƏT
A- A+

Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

 

İyulun 17-də Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2021-ci ilin birinci yarımili ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov paytaxtda 2020-ci ilin birinci yarımilində prokurorluq və daxili işlər orqanları üzrə cəmi 5362 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2021-ci ilin birinci yarımilində 630 hadisə artaraq 5992 hadisənin qeydə alındığı, ağır və xüsusilə ağır cinayətlərin sayının 286 vahid artaraq 1075 olduğu, həmin cinayət hadisələrinin açılma faizinin isə 86,7 faiz təşkil etdiyini bildirib.

Qeyd olunub ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adamöldürmə cinayətlərinin sayı 2 fakt artıb və 25 cinayət hadisəsi qeydə alınıb. Bakı Şəhər Prokurorluğunun tabe rayon prokurorluqlarında ibtidai istintaqı aparılan həmin cinayət işlərinin hamısının açılması təmin edilib.

Bildirilib ki, 2020-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə 20 quldurluq hadisəsi qeydə alınıb ki, bu ötən illə müqayisədə 8 hadisə azdır. Həmin hadisələrdən 1-i bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 hadisə azalaraq 89 hadisə olub. Onların hamısının üstü açılıb.

Vurğulanıb ki, Bakı şəhərinin prokurorluq və polis orqanları tərəfindən ötən illərdə olduğu kimi, 2021-ci ilin birinci yarımilində də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib. Hesabat dövründə bu qəbildən olan cinayətlərin aşkarlanması ilə bağlı 711 fakt (1590), satışla bağlı isə 266 (618) fakt artım qeydə alınıb.

Bakı şəhər prokuroru çıxışında narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hər bir vətəndaş üçün prioritet məsələlərdən biri olmasını, narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyənləşdirilməsi ilə bağlı polis orqanları ilə birlikdə səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsini tabe rayon prokurorlarından tələb edib.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq və polis orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili aparılıb. Qeyd edilib ki, prokurorluğun icraatında olan 414 işdən 173-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 7737 cinayət işindən 2801-nin istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 2075, prokurorluq orqanları tərəfindən 88 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 451 min 976 manat maddi ziyandan 147 min 652 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 15 milyon 971 min 959 manat məbləğində maddi ziyanın 9 milyon 653 min 280 manatı ödənilib.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

Müşavirədə, həmçinin qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Vurğulanıb ki, Bakı şəhər prokurorluq orqanlarına 13 min 466 müraciət daxil olub. Onlardan 3225-i həllini tapıb, o cümlədən 1095-i təmin edilib. Hesabat dövründə axtarışda olanların sayı 1384 nəfər olub. Onlardan 947-si tutulub, 437 nəfər hazırda axtarışdadır.

Həmçinin qeyd olunub ki, 2021-ci ilin birinci yarımili ərzində itkin düşmüş 211 şəxs (2020-ci ilin müvafiq dövründə 184 şəxs) axtarışda olub. Onlardan 146 (130) nəfər müəyyənləşdirilərək barəsində axtarış işinə xitam verilib, 65 (54) şəxsin isə yerinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Əməliyyat müşavirəsində məlumat verilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Müşavirədə bildirilib ki, 2021-ci ilin birinci yarımili ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 2 nəfər intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə irad tutulub. Bundan əlavə, 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 5 nəfər mükafatlandırılıb.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları məruzə edərək mövzu ətrafında çıxışlar edib, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Müşavirəyə yekun vuran İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlər görəcəyinə əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video