08:39 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 yarışına hazırlıq işlərini gücləndirib
ANA SƏHİFƏ / İDMAN
18:06 08.05.2021

 

Cari il iyunun 4-6-da Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri davam edir.

AZƏRTAC xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti növbəti mərhələdə trekin asfalt örtüyündə zəruri təmir-bərpa işləri aparacaq. Təmir işlərinə mayın 8-də start veriləcək və bu proses nəqliyyatın sıxlığından asılı olaraq müxtəlif fasilələrlə mayın 20-dək davam etdiriləcək.

İşlər ilkin mərhələdə Xəqani, Zərifə Əliyeva və İstiqlaliyyət küçələri ilə Bülbül və Neftçilər prospektlərinin müəyyən hissələrində, həmçinin Aleksandr Puşkin ilə Xəqani küçələrinin, Bülbül prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin və Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişmələrində əsasən gündüz saatlarında aparılacaq. İş zamanı müəyyən lokal məhdudiyyətlər tətbiq olunacaq, lakin əksər hallarda nəqliyyat fasiləsiz hərəkət edə biləcək.

Şəhər sakinlərindən təmir-bərpa işlərinin intensiv aparıldığı saatlarda qeyd edilən ərazilərdə avtomobillərini parklamamaları xahiş olunur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM