11 Noyabr 2011 01:11
227
İQTİSADİYYAT
A- A+

Bakı Metropolitenində stansiyaların sayının 76-ya çatdırılması nəzərdə tutulur

 

Uzunmüddətli perspektivdə Bakı Metropoliteninin xətlərinin sayı 5-ə, stansiyaların sayı 76-ya, ümumi yolların uzunluğu isə 119 km-dək çatdırılacaq.

APA-nın məlumatına görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Metropoliteninin 2 xətti, 23 stansiyası və 31,5 km-ə yaxın yolu mövcuddur:

"Bakı Metropoliteninin İnkişaf Planına əsasən, 2030-cu ildə xətlərin sayının 5-ə, stansiyaların sayının 76-ya, yolların ümumi uzunluğunun isə 119 kilometrə çatdırılması nəzərdə tutulur. Bu da Bakı şəhərini tam əhatə edəcək, yəni, hər bir stansiyaarası məsafə 900 metrdən çox olmayacaq". Yeni metro stansiyalarının tikintisindən danışan T.Əhmədov deyib:

"Biz 2013-cü ilin sonuna "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını, 2015-ci ilin sonunadək isə "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyalarını istifadəyə vermək niyyətindəyik. Onu da qeyd etmək istərdim ki, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları 7 vaqonluq olacaq. Əgər hazırda stansiyaların platformaları 5 vaqonluqdursa, bu iki stansiya 7 vaqonluq olacaq. Vaqonlar paslanmayan dəmirdən, enli və kondisionerli olacaq".

Metropolitendə təhlükəsizliyin təmin olunmasına gəldikdə isə T.Əhmədov qeyd edib ki, metropolitendə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. Belə ki, hazırda Bakı Metropolitenində üst tanınma, sayma və videomüşahidə kameraları quraşdırılıb: "Bizim 3 minədək videomüşahidə kameramız mövcuddur. Üst tanınma kamerası isə MDB məkanında yalnız Bakı Metropolitenindədir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video