06:49 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Bakı Metropoliteni” QSC açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:23 18.05.2021

 

Tender 1 (bir) LOT  üzrə keçirilir.

“Bakı Metropoliteni” QSC üçün müxtəlif növ mebel, mebel məmulatlarının və aksesuarlarının satın alınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adıçəkilən tender bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-01-01)

İştirak haqqı - 200 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08 iyun 2021-ci il saat 11:30-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17 iyun 2021-ci il saat 11:30-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 iyun 2021-ci il saat 11:30-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM