Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Cəlilabad rayonunun Göytəpə şəhərində üçotaqlı fərdi yaşayış evim var. Evin yaşayış sahəsi 106 kvadratmetrdir. Göytəpə Şəhər Bələdiyyəsi məndən evin hər kvadratmetrinə 10 qəpik olmaqla əmlak vergisi tələb edir.
82 yaşım var. Məlumatıma görə, əmək pensiyaçıları bu vergidən azaddırlar. Bilmək istəyirəm: mən bu vergidən azadam, ya yox, ümumiyyətlə, bu hal qanunla necə tənzimlənir?
Qiyas CƏFƏROV,
Cəlilabad rayonu, Göytəpə şəhəri,
F.Bayramov küçəsi,102
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1-ci maddəsi fiziki şəxslərin ödəməli olduğu əmlak vergisinin qayda və dərəcəsini müəyyənləşdirir. Həmin maddəyə əsasən, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin (həmin sahənin 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadrat metrinə görə 10 qəpik əmlak vergisi ödənilməlidir. Göytəpə də rayon tabeli şəhər olduğundan yuxarıda göstərilən vergi dərəcəsi (kvadratmetr üçün 10 qəpik) tətbiq edilməlidir. Beləliklə, 106 kvadratmetr sahəsi olan evə görə əmlak vergisinin məbləği (106 kv.m. - 30 kv.m. (yəni vergi tutulmayan sahə) = 76 kv.m. x 10 qəpik) 7,6 manatdır.
Siz pensiyaçı olduğunuzdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.3-cü maddəsi ilə müəyyən edilmiş güzəştin təsir dairəsinə düşürsünüz. Bu maddəyə görə (binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla) məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların, müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin (müddətli hərbi xidmət dövründə) ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Deməli, siz bu vergidən azadsınız. Sizin evin əmlak vergisi məbləği - 7,6 manat güzəşt məbləğindən (30 manat) az olduğundan xüsusi mülkiyyətinizdə olan evə görə əmlak vergisi ödəməməlisiniz.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!