06 Oktyabr 2020 20:14
973
Təhsil
A- A+

Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat vəsait köçürüb

 
Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının iclası keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda universitetin rektoru Elçin Babayev sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlərin artıq 9 gündür davam etdiyini bildirərək, təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizin, eyni zamanda, hərbi mövqelərimizin atəşə tutulduğunu qeyd edib.

Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, yüksəkliklər və əlverişli ərazilər azad edilib. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.

Rektor deyib ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Erməni qəsbkarları Azərbaycanın Beyləqan, Tovuz, Tərtər, Xızı, Gəncə, Şəmkir, Mingəçevir, Abşeron, Göygöl, Bərdə, Füzuli, Ağdam şəhərlərinə, dinc əhaliyə atəş açıblar.

Rektor qeyd edib ki, mənfur ermənilərin təcavüzkar əməllərinə baxmayaraq şanlı Ordumuzun uğurlu döyüşləri nəticəsində torpaqlarımızın azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Səbirsizliklə Böyük Qələbə gününü gözləyirik və əminik ki, Qələbə günü çox yaxındadır.

Professorlar İzzət Rüstəmov, Məhəmməd Mehdiyev, Vasif Babazadə, Şövqi Göyçaylı, Aydın Kazımzadə, Sevinc Hacıyeva, Tapdıq Həsənov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən, şanlı Ordumuzun göstərdikləri qəhrəmanlıqlardan bəhs edib, BDU-nun professor-müəllim heyətinin hər an Ali Baş Komandanın, Ordumuzun yanında olduğunu bildiriblər.

BDU-nun professorları təklif ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat yardım edilsin. Təklif böyük ruh yüksəkliyi ilə yekdilliklə qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video