23:05 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında
ANA SƏHİFƏ / SƏRƏNCAMLAR
03:10 25.10.2011

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2011-ci il oktyabrın 10-11-də Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forum multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzulara həsr olunmuşdur. Azərbaycan nümayəndələri ilə yanaşı dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, o cümlədən tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarının və mötəbər beynəlxalq qurumların rəhbərləri bu məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparmışlar. Qloballaşma dövrünün humanitar problemlərinə dair Forum iştirakçılarının mövqeyi qəbul olunmuş Bakı bəyannaməsində öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və forum iştirakçılarının Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi təşkili ilə bağlı təkliflərini dəstəkləyərək qərara alıram:

1. Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsini və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq onun ənənəvi olaraq təşkil edilməsi zəruri sayılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq qurumlarla, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsində əksini tapmış müddəaların gerçəkləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirsin.

3. Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılsın.

4. Bu sərəncamın 3-cü hissəsində nəzərdə tutulmuş Təşkilat Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dörd ştat vahidi hesabına Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin İşçi Qrupu yaradılsın.

5. "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 6, maddə 510, N 7, maddə 631; 2007, N 5, maddələr 501, 519, N 6, maddə 660, N 8, maddə 843, N 12, maddə 1287; 2010, N 2, maddə 80, N 4, maddə 345):

5.1. 1-ci hissədə "384" rəqəmi "388" rəqəmi ilə əvəz edilsin;

5.2. həmin sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturu"nda "Humanitar siyasət məsələləri şöbəsi" hissəsində birinci halda "4" rəqəmi "8" rəqəmi ilə əvəz edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 oktyabr 2011-ci il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM