11 Oktyabr 2011 03:10
492
Səfərlər
A- A+

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə rəsmi ziyafət verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 10-da "Buta" sarayında rəsmi ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV ziyafət iştirakçılarını salamlayaraq dedi:

- Hörmətli qonaqlar, əziz dostlar!

Mən sizin hamınızı bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!

Bu gün Birinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini uğurla davam etdirib. Birinci gün çox uğurlu oldu. Forum çərçivəsində səslənən fikirlər humanitar sahədə əməkdaşlığa böyük töhfə verdi.

Mən forumda çıxış etmiş bütün natiqlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Forum sabah da davam edəcəkdir. Sabah müxtəlif seksiyalarda biz dəyərli və maraqlı çıxışları dinləyəcəyik. Bir sözlə, mən çox şadam ki, bu forum xalqları birləşdirən forum oldu. Bu forum dünyada xoşniyyətli qüvvələri bir araya gətirən forum oldu. Mən ümid edirəm ki, bu forumun çox gözəl nəticələri olacaqdır.

Bu forumda iştirak etmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə mənim həmkarlarımı - sabiq prezidentləri səmimiyyətlə salamlayıram. Beynəlxalq təşkilatların rəhbərlərini salamlayıram. Görkəmli dövlət xadimləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər - bu gün bizim aramızdadırlar. Onlar bizim qonaqlarımızdır. Hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında özünə layiq yerini tutacaqdır. Ümid edirəm ki, bu forumun gələcəyi çox gözəl olacaqdır.

* * *

Sonra xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti oldu.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video