07 Oktyabr 2020 17:44
1840
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbinin rektoru erməni rektoru ilə bağlı beynəlxalq təşkilata etiraz məktubu yazdı


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qara Dəniz Universitetləri Şəbəkəsi İcraiyyə Komitəsinin üzvü olaraq 2020-2022-ci illərdə Quruma Prezidentlik etməsi üçün namizədliyi irəli sürülmüş Amerika Ermənistan Universitetinin rektoru Karin Markidesin seçilməsinə qarşı Şəbəkənin Baş katibi, professor Eden Mamuta, eləcə də, İcraiyyə Komitəsinin üzvlərinə məktub ünvanlayıb.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

E.Qasımov məktubda bildirib ki, Amerika Ermənistan Universitetinin (AEU) rektoru Karin Markides işğal edilmiş ərazilərimizə qanunsuz səfər edərək Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Qara Dəniz Universitetləri Şəbəkəsinin Nizamnaməsinə hörmətsizlik edib.

"Xanım Markides Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinin 9-cu maddəsində əks olunmuş qurumun prezidentinə dair tələblərə cavab vermir. Belə vəziyyətdə beynəlxalq hüquq normaları və prinsiplərini pozmuş bir şəxsin Qara dəniz regionunda əməkdaşlığı təşviq edən BSUN kimi nüfuzlu təşkilata prezidentlik etməsi ciddi sual doğurur. Bakı Ali Neft Məktəbinin rektoru və İcraiyyə Komitəsinin üzvü olaraq mən belə bir qanunsuz addıma yol vermiş xanım Markidesin Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti seçilməsinə qəti etiraz edir və anlayışınıza ümid edərək sizi bu istiqamətdə bizə dəstək olmağa səsləyirəm” – deyə məktubda qeyd edilib.

Eyni zamanda, rektor E.Qasımov bu il BSUN-un Rektorlar şurasının konfransının Yerevan şəhərində keçirilməsinə də etiraz edib.

"Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycan Respublikası ərazisinin 20 faizi, əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonları Ermənistanın işğalı altındadır. BMT-yə üzv dövlətlər təşkilatın Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və güc tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törədib. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”

Rektor məktubda qeyd edib ki, baş verənlər uzaq tarixi hadisələr deyil. Ermənistan hələ də təcavüzkar siyasətindən əl çəkmir, təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir.

"Əminəm ki, nüfuzlu və etibarlı beynəlxalq mənbələrdən baş verən son hadisələrlə bağlı məlumatları dəqiq və ətraflı şəkildə əldə edə bilirsiniz. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, ölkəmizin suverenliyinə və qanunlarına hörmət edilməlidir. Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonu olan Azərbaycan ərazilərinə icazəsiz səfər etmək qeyri-qanunidir”, - deyə E.Qasımov əlavə edib.

Xatırladaq ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının məqsəd və hədəfləri çərçivəsində region ölkələri arasında təhsil və elmi-tədqiqat sahəsində birgə təşəbbüslərin dəstəklənməsi məqsədilə yaradılmış qurumdur. Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 100-dən artıq ali təhsil müəssisəsi üzvdür. Şəbəkənin İcraiyyə Komitəsi isə Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Bolqarıstan, Rusiya, Moldova, Serbiya, Yunanıstan kimi ölkələrin universitet rektorlarından ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video