05:25 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Ali Neft Məktəbində “Gənc ali məktəblər üçün beynəlxalq reytinq: çağırışlar və fürsətlər” mövzusunda beynəlxalq vebinar
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
13:21 31.05.2021

Bakı Ali Neft Məktəbi (BANM) Asiya Universitetlər Birliyi (EURAS) ilə birgə “Gənc ali məktəblər üçün beynəlxalq reytinq: çağırışlar və fürsətlər” mövzusunda vebinar təşkil edib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, vebinarda EURAS-ın prezidenti, dosent, professor Mustafa Aydın, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış ediblər.

Qeyd edilib ki, dünyada ali məktəblərin reytinqi ilk dəfə olaraq 2003-cü ildən Britaniya Sənayesi Konfederasiyasının baş direktoru və Uorvik Universitetinin kansleri Riçard Lambert tərəfindən irəli sürülüb. R.Lambert Böyük Britaniya universitetlərinin dünya arenasında yerini müəyyənləşdirmək üçün reytinq aparılmasını təklif edib. Sonralar bu proses ayrı-ayrı ölkələrdə müxtəlif təşkilatlar və institutlar tərəfindən həyata keçirilib. Müxtəlif meyarlar, o cümlədən ali məktəblərin internet ünvanının aktivliyinə, onların elektron nəşrlərinin sayına və sair parametrlərə görə reytinq cədvəli hazırlanıb. Bunlardan biri ali məktəbin akademik resurslarıdır. Bura ali məktəbin professor-müəllim heyəti, tələbələrin nailiyyəti, tədris, maliyyə resursları, təminat və sair meyarlar daxildir.

Vebinarda bildirilib ki, reytinq cədvəlləri universitetlərə imkan verir ki, qərarlaşdığı yeri və vəziyyəti, problem və çatışmazlıqları aydın şəkildə müəyyən edə bilsin. Bu isə universitetləri təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq addımlar atmağa səfərbər edir. Hazırda bir sıra qurumlar tərəfindən dünya universitetlərinin reytinqlərinin tərtib edildiyi və onların arasında ən nüfuzlularının “Times Higher Education World University Rankings” və “QS World University Rankings” olduğu vurğulanıb.

Vebinarın panel məruzəçiləri Roma Sapienza Universitetinin rektorunun QS-də Sıralamalar və Biznesin İnkişafı Partnyoru üzrə məsləhətçisi Dario Consoli “Gənc universitetlər və nüfuz: qlobal məlumatlandırma və reytinq vəziyyətini necə artırmaq olar”, İstanbul Aydın Universitetinin prorektoru professor Zafer Aslan, Daffodil Beynəlxalq Universitetinin Tədqiqat şöbəsinin direktoru, professor Md Kabirul İslam “İnstitusionalizasiya tədqiqat mədəniyyəti və universitetlərin dünya reytinqi”, Əl-Farabi Qazax Milli Universitetinin Marketinq və İşəgötürmə Mərkəzinin direktoru Leyla Delovarova və Strateji Marketinq, Marka İdarəetmə müdiri Zhaxybay Suıngarıyev “Qazaxıstan təhsilinin beynəlmiləlləşmə təcrübəsi”, Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji inkişaf şöbəsinin rəhbəri Turan Süleymanov “Azərbaycan ali məktəbləri beynəlxalq reytinqlərdə, perspektivlərdə və çağırışlarda” mövzusunda çıxış ediblər.

Məruzəçilər qeyd edib ki, bütün dünya üzrə işəgötürənlər də məhz reytinqlərə istinad edərək bu və ya digər universitetin məzunları haqqında daha çox məlumat əldə etməyə çalışır. Hazırda ali təhsil bazarının iqtisadiyyatın əhəmiyyətli sektorlarından biri hesab edildiyini nəzərə alsaq, qətiyyətlə demək olar ki, universitetlərin regional reytinqlərdə təmsil olunması həm ali məktəblərin nüfuz göstəricisidir, həm də məzunların əmək bazarında keyfiyyətli işlə təmin olunmasının təminatıdır.

Tədbirin moderatoru qismində İstanbul Aydın Universitetinin akademik direktor müavini Ayşe Deniz Ozkan çıxış edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM