25 Fevral 2021 13:04
875
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis hazırlığına başlayır  

 

Bakı Ali Neft Məktəbi (BANM) İsveçin Stokholm Universiteti ilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssis hazırlığı istiqamətində əməkdaşlığa başlayıb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, birgə layihə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə artan tələbatı ödəmək üçün nəzərdə tutulur. BANM xüsusi Bakalavr proqramı çərçivəsində bu sahə üzrə təhsillərini davam etmək istəyən gənclər üçün onlayn kurslar təşkil edəcək.

Stokholm Universiteti ilə birgə təşkil edilən onlayn kurs kibertəhlükəsizlik sahəsində təhsil, təcrübə mübadiləsi, sənayenin ehtiyaclarını araşdırmaq və praktik bacarıqlı mütəxəssis yetişdirmək məqsədi daşıyır.

Bu ortaq layihə gənc istedadlara kibertəhlükəsizlik sahəsində xüsusi hazırlanmış onlayn proqram vasıtəsilə karyeralarını inkişaf etdirmək üçün bir çox fürsətlər təqdim edəcək. Eyni zamanda, bu birgə təşəbbüs bölgədə informasiya təhlükəsizliyi sektorunda beynəlxalq əməkdaşlığın inkişafına zəmin yaradacaq.

Bakı Ali Neft Məktəbi yüksək keyfiyyətli, rəqabətədavamlı kibertəhlükəsizlik təhsilinin təmin edilməsinə yönəlmiş bu ortaq təşəbbüs vasitəsilə Polşa, Gürcüstan və Ukraynanın aparıcı universitetləri ilə əməkdaşlıq edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video