05 May 2021 14:27
1020
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi ilə “Halliburton” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas, biznes əlaqələri üzrə baş menecer Xose İnciarte arasında görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi tərəflər arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Rektor Elmar Qasımov ali məktəbin fəaliyyətinin əsas istiqamətlərindən danışıb, BANM-ə ölkənin ən intellektual gənclərinin qəbul olduğunu və bu təhsil müəssisəsinin Prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşdığını diqqətə çatdırıb. E.Qasımov, həmçinin məzunların böyük əksəriyyətinin aparıcı yerli və transmilli şirkətlərdə yüksək mövqelərdə çalışdığını qeyd edib. Həmin şirkətlər arasında “Halliburton” şirkətinin də olduğunu vurğulayan rektor bu səmərəli əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Kolton Tomas BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və ali məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi sübut etdiklərini bildirib.

Kolton Tomas, həmçinin şirkətin BANM-lə əməkdaşlıq əlaqələrinin güclənməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə bu il keçiriləcək Yay Təcrübə Proqramına daha çox BANM tələbələrinin cəlb olunması məsələsi müzakirə edilib. Eyni zamanda, onlayn formatda təcrübə təşkil edilməsi təklif olunub. “Halliburton” şirkətinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən top menecerlərinin tələbələr qarşısında spiker kimi çıxış etməsi də müzakirə mövzusu olub.

İlk dəfə Bakı Ali Neft Məktəbində olan Kolton Tomas burada yaradılan təlim-tədris mühiti ilə yaxından tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video