25 Iyun 2021 01:43
615
İDMAN
A- A+

“Bakı 1/4 final mərhələsini qəbul etməyə hazırdır”

 

“Türkiyənin yerli azarkeşləri də daxil olmaqla Uels, İsveçrə və Türkiyədən səyahət edənlər burada keçirilən matçlar zamanı Bakıya xüsusi rəng və xarakter qatdılar. Bakı  1/4 finala vəsiqə qazanan komandaları qəbul etməyə hazırdır”.

Bu sözləri  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Avro-2020”nin qrup mərhələsinin Bakıda keçirilən 3 oyunu haqda  Britaniya mətbuatına danışarkən deyib: “Ümid edirəm ki, azarkeşlər buradan məmnun qaldılar və Azərbaycanla yaxınlıq hiss etdilər.  Uels millisinin iyulun 3-də yenidən Bakıda 1/4 final oyununa çıxmaq şansı var. 1/8 final səddini keçsələr, onları yenidən qarşılamaqdan məmnun olarıq”.

AFFA rəsmisi daha sonra bildirib: “Azərbaycan vətəndaşları əvvəlcə “Formula-1”lə, indi isə Avropa çempionatı ilə böyük tədbirə evsahibliyi etməkdən məmnun oldular. Bu, ölkəmiz üçün əla reklamdır. Uels azarkeşləri Bakıya yalnız futbola baxmaq üçün deyil, həm də Bakının mədəniyyətinə, tariximizə, şəhərimizin müasir, qədim memarlıq abidələrinə şahidlik etmək və bundan zövq almaq üçün gəldilər. Uels və İngiltərədən gələn səyahət pərəstişkarları arasında son dərəcə populyar olan publardan bəhs etmirik. Bakı gələcəkdə Qaret Beyl, Robert Peyc və uelslilər üçün Xəzər dənizindəki ikinci ev kimi qala bilər”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video