25 Noyabr 2021 13:18
326
CƏMİYYƏT
A- A+

Bahar Muradova: Qadınlara qarşı hüquq pozuntusunun qarşısının alınması ilə bağlı milli qanunvericilik kifayət qədər təkmilləşib

 

Noyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Bakı Gənclər Mərkəzində “25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” mövzusunda tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək iştirakçıları Kəlbəcərin işğaldan azad olunduğu gün münasibətilə təbrik edib. O, Zəfərimizdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində hər kəsə uğurlar arzulayıb.

Bahar Muradova qeyd edib ki, qadınlar və qızlara qarşı hüquq pozuntusu bütün dünyanın üzləşdiyi ən ciddi problemdir. Bu istiqamətdə beynəlxalq və milli qanunvericilik kifayət qədər təkmilləşib. Beynəlxalq və milli imkanlarımızı birləşdirərək buna qarşı mübarizə apara, qarşımıza çıxan çağırışları önləyə bilərik.

O, həmçinin Azərbaycanda bu sahədə xeyli işin görüldüyünü söyləyib. Deyib ki, bu məsələlərlə bağlı müxtəlif layihələr həyata keçirilib. Həmin layihələrin reallaşması nəticəsində ölkəmizdə yeni ciddi uğurlara imza atılıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı şəhər rayonlarının icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərləri, Bakı şəhər rayon bələdiyyələrinin sədrləri və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin rəhbərləri iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video