27 Avqust 2021 18:18
599
CƏMİYYƏT
A- A+

Babək Həsənov: Şəhidlərimizin, o cümlədən Ballıqaya faciəsi qurbanlarının qisası alındı

 

Uzun illər sonra bu yerləri görmək inanılmaz bir hissdir.

Bunu AZƏRTAC-a açıqlamasında keçmiş hərbçi, Laçın rayon sakini Babək Həsənov deyib. O bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun gücü ilə Kəlbəcər, Laçın bir güllə atılmadan işğaldan azad olundu: “Prezidentimizin siyasi uzaqgörənliyi və yüksək diplomatik bacarığı sayəsində biz öz torpaqlarımızdayıq. Erməni vandalları hər tikilini dağıdıb, amma inanıram ki, hər şey tezliklə bərpa olunacaq. Şərqi Zəngəzurumuz Azərbaycanın ən cənnət guşəsinə çevriləcək”.

Rayon sakini ermənilər tərəfindən törədilmiş Ballıqaya faciəsinin dəhşəti haqqında da fikirlərini bölüşüb: “Mən özüm həmin hadisənin canlı şahidi olmasam da, yaxınlarım bu barədə mənə danışıb. Ermənistan silahlı qüvvələri eyni zamanda Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində buna bənzər kütləvi qırğınlar həyata keçirib. Onların tək bir məqsədi var idi - bu ərazilərdə yaşayan azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək. Bu qətliam zamanı bütün hüquqi normaların üstündən xətt çəkilib. Mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Meyitlər yandırılıb, insanların cansız bədənlərinə müxtəlif dərəcəli işgəncələr verilib. Çox şükür olsun ki, həmin köməksiz insanların qisası bu müharibə ilə alındı. Hər şey artıq çox yaxşı olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video