13 Aprel 2021 01:36
737
İQTİSADİYYAT
A- A+

AZPROMO da “Brand Award Azerbaijan”ın rəsmi tərəfdaşıdır

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “Caspian Energy Club”ın təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli mükafatının rəsmi tərəfdaşı qismində çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev deyib. O qeyd edib ki, “Brand Award Azerbaijan” müsabiqəsinin əsas məqsədi yerli brendlərin tanınmasına, kiçik və orta biznesə bu istiqamətdə dəstək verməkdir. “Brand Award” və “Brand Award Azerbaijan” ticarət nişanları dünyanın 50 ölkəsində “Caspian Energy Club”a məxsusdur.

“AZPROMO beynəlxalq sərgi və forumlarda iştirak edərək Azərbaycan brendlərinin tanıtımına xüsusi diqqət ayırır. “Caspian Energy Club” və AZPROMO arasında sıx əməkdaşlıq mövcuddur. “Caspian Energy Club” üzvləri AZPROMO-nun fəaliyyətindən çox razıdır və bu əməkdaşlığa görə quruma təşəkkürümüzü bildiririk”, - deyə T.Əliyev vurğulayıb.

Qeyd edək ki, “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın yerli korporativ, xidməti və məhsul brendləri arasında 2021-ci ilin ən tanınan 50 brendi seçilərək mükafatlandırılacaq. Səsvermə 26 aprel - 23 may tarixlərində “www.brandaward.az” saytında keçiriləcək. Mükafatın təqdimetmə mərasimi isə onlayn formatda iyunun 1-də baş tutacaq.

“Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində təşkil olunan milli və regional “Brand Award” müsabiqələrin qalibləri 2021-ci ilin sonunda yekun “Brand Award International” müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video