13:21 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AzərTAc-ın İrandakı xüsusi müxbirinin «Xəzəl oldu Xocalının Xəzəngülü» sənədli tarixi kitabı Tehranda fars dilində nəşr olunmuşdur
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 26.02.2012

 

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Azərbaycan Dövlət Teleqraf Agentliyinin

(AzərTAc) İran nümayəndəlikləri "Azərbaycan həqiqətlərini tanıdaq" devizi altında birgə beynəlxalq layihə həyata keçirməyə başlamışlar.

Layihə çərçivəsində ilk olaraq AzərTAc-ın İrandakı xüsusi müxbirinin "Xəzəl oldu Xocalının Xəzəngülü" sənədli-tarixi kitabı Tehranda fars dilində çapdan çıxmışdır.

 Kitabın birinci səhifəsində ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Xocalı soyqırımı barədə söylədiyi "Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq, sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır" sözləri Azərbaycan və fars dillərində verilmişdir.

Murtuza Bağırinin tərcüməsi ilə farsdilli oxuculara təqdim olunan kitab 2006-cı ildə Bakıda Azərbaycan dilində çapdan çıxmışdır. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun "Ön söz" yazdığı kitabın redaktoru və məsləhətçisi AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.

Erməni əsirliyində məşəqqətli günlər yaşayan Xocalı sakinlərinin acı xatirələri əlyazma şəklində, onların şəxsiyyət vəsiqələrinin surəti, soyqırımı barədə beynəlxalq mətbuatda dərc edilmiş yazıların surəti, soyqırımını əks etdirəm fotolar və s. sənədlər kitabda öz əksini tapmışdır. Keçmiş əsirlərin söylədikləri dəhşət saçan ifadələr əsasında müəllifin yazdığı "Ölüm həsrəti" pyesi də kitabda yerləşdirilmişdir.

Kitabdakı tarixi faktları əks etdi

rən acı həqiqətlər və fotolar Xocalı soyqırımının ağır mənəvi-psixoloji sarsıntıları barədə oxucularda aydın təsəvvür yaradır.

Nəşrdə verilmiş materiallar Xocalı soyqırımı ilə bağlı farsdilli tədqiqatçılar üçün əsaslı mənbədir.

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Tehran



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM