19 Iyun 2021 01:18
481
ELANLAR
A- A+

“Azərsu” ASC daxili vəsaiti hesabına 50 kq-lıq balonlarda maye xlorun satın alınması üçün  açıq tender elan edir

 

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/  - dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

 Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: çatdırılma müddəti, ən aşağı qiymət təklifi.

Malgöndərənlər (podratçılar) qeyd olunan məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 300 manatdır.

Təşkilat: “Azərsu” ASC

VÖEN: 9900001751

Bank: “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı

Kod: 200112

VÖEN: 9900003611

M/h: AZ37NABZ 0135010000000001944

S.W. I. F. T. BIK: AIIBAZ2X

H/h: AZ65AIIB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqını təsdiq edən sənəd;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 45 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları mövcud olmamalıdır (müvafiq icra hakimiyyəti orqanının arayışı);

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsində tələb olunan sənədlər);

- malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı).

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 iyul 2021-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 22 iyul 2021-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı  23 iyul 2021-ci il saat 18:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video