11:28 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:18 08.04.2021

 

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına vətəndaş məmnuniyyətinin, operativliyin, şəffaflığın və Asan indeks standartlarının təmin edilməsi məqsədilə müasir standartlara uyğun “Qəbul Mərkəzi”nin yaradılması üçün tikinti-quraşdırma işlərinin və zəruri avadanlıqların satın alınması

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki tələblərə cavab verməlidirlər. İddiaçılar 500.00 (beş yüz) manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda  göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- “Azərsu” ASC-nin Satınalmaların təşkili şöbəsinin rəisi İlqar Tağıyev, tel: 431-47-67/1033 və şöbə rəisinin müavini İntizam Novruzov, tel: 431-47-67/ 3019, e.mail:[email protected]

Təşkilat: “Azərsu” ASC

VÖEN: 9900001751

Bank: “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod: 200112

VÖEN: 9900003611

M/h: AZ37NABZ 0135010000000001944

S.W.I.F.T. BIK: AIIBAZ2X

H/h: AZ65AIIB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

- iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya);

- iddiaçının əsas podratçı kimi ümumi tikinti işləri üzrə son 3 ili əhatə edən uğurla yerinə yetirilmiş  ən azı 2 müqavilə üzrə işlərin uğurla icra edildiyini təsdiq edən sənəd;

- iddiaçının işçi heyətində hər bir mütəxəssisin ən azı 5 il ardıcıl təcrübəyə malik işçi heyətinin (layihə rəhbəri, tikinti rəhbəri, memar, SƏTƏM üzrə mütəxəssis, elektrik quraşdırma işləri üzrə mütəxəssis, mexaniki quraşdırma işləri üzrə mütəxəssis) olmasına dair təsdiqedici sənədlər.

Podratçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.04.2021-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 11.05.2021-ci il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 12.05.2021-ci il saat 17:00-da həyata keçiriləcəkdir.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada  dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır.

 

Tender komissiyası

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM