“Azərişıq”ASC Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən mövcud 35/6 kV-luq 1x10 MVA gücündə 143 saylı yarımstansiya əvəzinə yeni 35/6 kV-luq 2x10 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqların quraşdırılması işlərinin satın alınması məqsədilə açıq tender elan edir
Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1. Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən mövcud 35/6 kV-luq 1x10 MVA gücündə 143 saylı yarımstansiya əvəzinə yeni 35/6 kV-luq 2x10 MVA gücündə yarımstansiyanın tikintisi və avadanlıqların quraşdırılması işlərinin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “Asan ödəniş” vasitəsilə həyata keçirə bilərlər. Müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş”lə “ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.
İştirak haqqı - 400 (dörd yüz) manat
“Azərişıq” ASC
Hesab: AZ83AIIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs - Namiq Heybətov
Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19)
Elektron poçt: [email protected]
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
- malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
- iddiaçının Dövlət Statistika Komitəsindən sahibkarlıq kateqoriyası haqqında arayış (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir (iri sahibkarlıq subyektləri qanuna əsasən elektron Portal vasitəsilə keçirilən tenderdə iştirak edə bilməz));
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Vergi Bəyannaməsi) (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
- müvafiq işlər üzrə lisenziya və icazələr;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- iddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);
- iddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);
- iddiaçının analoji işlərdə təcrübəsi haqqında məlumat (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 03 may 2021-ci il saat 12:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 12 may 2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 17 may 2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı halda surəti notarial qaydada təsdiq olunmalıdır (xarici iddiaçılar hüquqi sənədləri apostille etdirərək). Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!