24 Noyabr 2021 00:17
549
İQTİSADİYYAT
A- A+

“Azərişıq” ASC Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təmin edib

 

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün görülən işlər davam etdirilir.

Son bir ay ərzində görülən işlər çərçivəsində hərbi hissələr elektrik enerjisi ilə təmin olunub. Qısa zamanda rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd komplekt transformator məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.

Ümumilikdə elektrik enerjisi təminatı başa çatdırılmış hərbi hissələr üçün 6,2 kilometr 10 kV-luq, 2500 metrdən çox 0,4 kV-luq kabel elektrik veriliş xətti, 1,5 kilometrdən artıq 10 kV-luq hava elektrik veriliş xətti çəkilib. Görülən işlərin davamı olaraq 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kV-luq hava elektrik veriliş xətti bərpa olunub. “Kəlbəcər” yarımstansiyası-Zülfüqarlı kəndi arası 18 km 10 kV-luq hava elektrik veriliş xətti bərpa edilib.

Həmçinin Yanşaq və Çopurlu kəndləri arasında 35 kV-luq hava xətinin bərpasına başlanılıb. Eyni zamanda “Kəlbəcər” yarımstansiyası -”İstisu” qəsəbəsi arası 3 km məsafədə hava xəttində yararsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb. İstisu-Alagöllər arası 37 kilometr 35 kV-luq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.

 Kəlbəcərdə, xüsusilə rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi “Azərişıq” ASC əməkdaşlarına ciddi çətinlik yaratsa da, bütün işlər vaxtında, plana uyğun yerinə yetirilir. Kəlbəcərin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün bütün tapşırıqlar uğurla icra olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video