21 Iyun 2021 15:20
854
İQTİSADİYYAT
A- A+

“AzerGold” Naxçıvanda yerləşən 2 yataqda geoloji kəşfiyyat işlərinə başlayıb

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işlərinə başlayıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, cari ilin iyun ayından etibarən Səhmdar Cəmiyyətin geoloqları tərəfindən sözügedən sahənin “Ortakənd-Xanağa” qızıl, “Ortakənd” mis-porfir yataqlarında buruqqazma işlərinə start verilib. Təsdiq olunmuş plana əsasən, ilkin mərhələdə “Ortakən-Xanağa” qızıl sahəsində ümumi dərinliyi 5000 metr olan 31 quyunun, “Ortakənd” mis-porfir sahəsində isə ümumi dərinliyi 3000 metr olan 13 quyunun qazılması nəzərdə tutulub. Paralel olaraq götürülmüş nümunələrin (kernlərin) laboratoriyada analizi həyata keçiriləcək.

Qeyd edək ki, Culfa rayonunun şimal-şərqində yerləşən “Ortakənd-Xanağa” sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivləri ilə seçilir. Sahə daxilində “Ortakənd” mis-porfir, “Başkənd-Xanağa” səpinti qızıl yataqları, “Başkənd” mis, “Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri qeydə alınıb.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2017-ci ildə “Ortakənd-Xanağa” sahəsində geofiziki işlər aparılıb. Nəticələr yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlil edilib. 2018-ci ildə 5800 metr həcmində 30 kəşfiyyat quyusu qazılıb. Quyulardan çıxan kernlər kəsilib və sınaqlaşdırılıb. Bu günədək ümumilikdə 2879 sınaq götürülüb və analizi aparılıb. Axtarış işləri və laborator analizlərin nəticələrinə əsasən 2021-ci ildə kəşfiyyat işlərinin davam etdirilməsi qərarı verilib. Geoloji kəşfiyyat işlərinin uğurlu yekununda ehtiyatların hesablanması, təsdiqi və yataqların istismarına hazırlıq işləri çərçivəsində beynəlxalq nüfuzlu məsləhət şirkətləri ilə birgə fəaliyyət planının hazırlanması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video