16 Oktyabr 2021 00:43
925
ELANLAR
A- A+

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 110/35/6 kV-luq “Salyan” Yarımstansiyası, 110/35/10 kV-luq “Yevlax” Yarımstansiyası, 110/35/10 kV-luq “Ucar” Yarımstansiyası, 110/35/10 kV-luq “Masallı” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması məqsədilə açıq tender elan edir

 

Tender 4 (dörd) LOT üzrə keçirilir:  

LOT - 1.  110/35/6 kV-luq “Salyan” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı  - 2 000 (iki min) manat

LOT - 2. 110/35/10 kV-luq “Yevlax” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi  işlərinin satın alınması üzrə iştirak haqqı - 2 000 (iki min) manat                                                                           

LOT - 3.  110/35/10 kV-luq “Ucar” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı - 2 000 (iki min) manat

LOT - 4.  110/35/10 kV-luq “Masallı” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə iştirak haqqı - 2 000 (iki min) manat                                                                       

İştirak etmək istəyənlər iştirak haqlarını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra ərizə ilə müraciət edərək Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanında, “Azərenerji” ASC-nin Tender və müqavilə şöbəsindən ala bilərlər.

Hesab: AZ35AIIB33020019441024659102

VÖEN: 9900000421

Bank: “Kapital Bank” ASC-nin Mərkəz filialı

Kod: 200026

VÖEN:9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Azad Məmmədov , telefon: 490-09-27, 598-05-56;

Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılışı günündən sonra ən azı 60 bank günü);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik istehsalı işlər üzrə başqa layihələrin  və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 30 000 000 (otuz milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;

- sifarişçinin podratçıya təqdim etdiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər  əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunmuş tender təklifləri qiymətləndirməyə  alınmayacaq;

- iddiaçı şirkətin elektrik stansiyaların və yarımstansiyaların tikinti  işləri üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər;

- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi-halları);

- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 noyabr  2021-ci il saat 15:00-a qədər, bank təminatını və  tender təklifini isə 25 noyabr 2021-ci il saat 15:00-a kimi Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına Tender və müqavilə şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri 26 noyabr 2021-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda  açılacaqdır. İclas onlayn qaydada keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (onlayn qaydada).

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video