05:57 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell”in rəqəmsal xidmətləri indi daha çox istifadəçinin rahatlığını təmin edir

ANA SƏHİFƏ / ELANLAR
00:48 06.08.2021

 

Ölkənin müştəri yönümlü lider şirkəti “Azercell Telekom” MMC rəqəmsal həllərdən istifadəni daha asan və rahat etmək məqsədilə “Kabinetim”, “ABBMobile”, “Umico” platformaları üzərindən xidmətlərin çeşidini genişləndirir.

İndi ABBMobile tətbiqinə “Azercell”in NNTV, Bookmate, BluTv, “IVI”rəqəmsal həlləriylə yanaşı, SberZvuk xidmətinə abunəlik də əlavə olunub. SberZvuk-la milyonlarla istifadəçinin istənilən əhvala, şəraitə və məkana uyğun musiqini tapmaq, dünya hitlərindən tutmuş klassikaya qədər müxtəlif növ musiqini dinləmək mümkündür. 50 milyon mahnı, podkast, fərdi tövsiyə və musiqini özündə cəmləşdirən rəqəmsal məhsulun ağıllı alqoritmləri seçiminizi sizin üçün avtomatik olaraq fərdiləşdirir.

Yayın əvvəlində SberZvuk xidmətinə Hi-Fi musiqisi üçün dəstəyin əlavə olunması nəticəsində indi milyonlarla mahnı istifadəçilər üçün itkisiz (lossless) - sıxlaşdırma və təhrif olmadan təqdim olunur. Bu yeniliklər əlavə ödəniş tələb etmədən standart abunə paketinə daxildir. Qeyd edək ki, Hi-Fi keyfiyyəti musiqini yaradıcıları tərəfindən ilk düşünüldüyü və yazıldığı şəkildə dinləməyə imkan verir. Bu funksiya iOS və Android əməliyyat sistemini dəstəkləyən bütün mobil cihazlarda istifadə oluna bilər. Bunun üçün SberZvuk tətbiqində Hi-Fi işarəsi olan istənilən kompozisiyanı seçmək və ya  pleyerdə, istifadəçi profilində Hi-Fi keyfiyyətinə keçid  etmək kifayətdir. Eyni zamanda trekləri keyfiyyətini itirmədən onlayn şəkildə dinləmək və ya mobil cihazın yaddaşına yükləmək də mümkündür.

Həmçinin ABBMobile-də təqdim olunan BluTV mobil kinoteatrına Discovery+ striminq xidməti əlavə edilib. Yeni proqram sayəsində bu kanalın sənədli və əyləncəli kitabxanasına üzv olmaq mümkündür. Bu paketdə Discovery Channel, TLC, Animal Planet, ID, Discovery Science, Food Network, Travel Channel, həmçinin Eurosport kimi populyar kanalların təqdim etdiyi ən məşhur şoular, seriallar, idmançılar haqqında proqramlar təqdim olunur.

Xatırladaq ki, bu və digər “Azercell” rəqəmsal məhsulları artıq “Umico” platformasına da əlavə olunub və xidmətlərə qoşulma qaydası çox sadədir: “Umico” tətbiqini “App Store” və ya “Play Store”dan yüklədikdən sonra “Umico”da “Bonuslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.

“Azercell”in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün  https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsinə keçid etməyiniz xahiş olunur.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM