26 Oktyabr 2021 02:00
1512
ELANLAR
A- A+

“Azercell”dən yeni Wi-Fi kampaniyası

 

4G modem alan hər kəsə 50 Gb internet hədiyyə olunur

 

Yüksəksürətli interneti hər kəs üçün əlçatan edən “Azercell Telekom” yeni Wi-Fi cihazının satışına start verir. Kampaniya çərçivəsində son model Wi-Fi cihazı ilə birgə 1 aylıq 50Gb internet cəmi 129 AZN-ə təqdim olunur. Həm 4G, həm də 3G şəbəkələrini dəstəkləyən bu cihazın daha bir üstünlüyü paylaşılan yüksəksürətli internetə eyni anda 32-yə qədər cihazın qoşula bilməsidir. “Azercell” Wi-Fi modemi yalnız smartfonları deyil, hətta kompüter, noutbuk, planşet, printer və televizoru da şəbəkəyə qoşmaq üçün kifayət qədər universaldır.

Yeni 4G Wi-Fi modem yalnız ev və ya ofisdə işləmək üçün nəzərdə tutulmayıb. İstirahət zamanı bu kiçik ölçülü və yüngül cihazı istənilən yerə daşıyıb internetdən istifadə etmək olar. Geniş əhatə dairəsi 15-20 metrlik radiusda olan qurğuları sabit internetlə təmin etməyə imkan verdiyindən, daim cihazın yanında qalmağa ehtiyac yoxdur. Digər tərəfdən, yeni Wi-Fi modeminin müasir görünüşü istənilən evə və ya ofisə ideal dizayn əlavəsi ola bilər.

Kampaniyaya dərhal qoşulub yüksəksürətli internetdən yararlanmaq üçün ən yaxın “Azercell” satış məntəqəsinə müraciət etmək kifayətdir. Kampaniya çərçivəsində hər bir “Azercell” Wi-Fi modemi ilə birgə 1 ədəd “Data tarifi”ndə olan nömrə və 50Gb-lıq internet paketi təqdim olunur.

“Azercell”in yeni Wi-Fi kampaniyasına qoşul və yüksəksürətli internet əldə et!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video