02 May 2020 00:51
1131
ELANLAR
A- A+

“Azercell”dən minlərlə aztəminatlı ailəyə Ramazan ayında dəstək


Şirkət Ramazan ayı boyu bölgə sakinlərinə ərzaq yardımı paylayacaq


Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələri sevindirməkdə davam edir.

Şirkət tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüslərin davamı olaraq müqəddəs Ramazan ayının hər həftəsi Azərbaycanın bölgələrində karantin dövründə sosial təcrid şəraitində yaşayan 1000 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılacaq.

Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub. Bu həftə ərzaq yardımı Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə yaşayan ehtiyacı olan ailələrə ediləcək.

Ərzaq payı alacaq ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ediləcək. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti çatdıracaq.

"Azercell” şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır.

Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində "Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə "Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Bakı şəhərində I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı çatdırmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video