11 Noyabr 2021 00:35
3134
ELANLAR
A- A+

“Azercell”  Vətənin igid övladlarına hörmətlə yanaşır

 

Şanlı qələbəmizin ildönümündə lider operator qazilərimizə “Veteran tarifi”ni təqdim edir

 

Xalqımızın qəhrəmanlıq salnaməsi - Vətən müharibəsindəki böyük zəfərimiz Ali Baş Komandan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ uğrunda vuruşan, canından və sağlamlığından keçən əsgər və zabitlərin şücaəti hesabına gerçəkləşdi. 

“Azercell”  Zəfər gününü xalqımıza yaşadan şanlı Azərbaycan Ordusuna sonsuz hörmətinin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımıza yeni “Veteran tarifi”ni təqdim edir. Qələbə günü münasibətilə dəyərli veteranlarımıza, həm də qələbə tariximizin gün və ayını simvolik şəkildə əks etdirən “8-11” seriyası ilə başlayan yeni nömrələr də hədiyyə ediləcək.

“Sim-Sim” abunəçiləri üçün nəzərdə tutulan “Veteran tarifi”nə qoşulmaq istəyən abunəçi şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən təqdim edilən və veteran statusunu təsdiq edən rəsmi sənədlə “Azercell Müştəri Xidmətləri”nə və ya “Azercell Ekspres” ofislərindən birinə yaxınlaşa bilər. Qeyd edək ki, yeni tarif daxilində bütün şəbəkədaxili zənglər - 0.03 AZN; şəbəkəxarici zənglər - 0.04 AZN; hər 1MB mobil internet - 0.03 AZN; SMS - 0.03 AZN təşkil edəcək.

Nəzərə çatdıraq ki, yeni tarif II Dünya müharibəsi, Əfqanıstan müharibəsi, Birinci Qarabağ və İkinci Qarabağ müharibələrində iştirak edərək veteran statusu alan bütün vətəndaşlarımıza şamil edilir.  Tarif haqqında daha ətraflı məlumatı www.azercell.com saytı vasitəsilə əldə etmək olar.

Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi ərzində şanlı ordumuzun ardınca irəliləyərək Qarabağda ilk mobil şəbəkəni qurmağa müvəffəq olan məhz “Azercell”in texniki komandası oldu.

“Azercell Telekom” veteranlarımıza bu yeni tarif və nömrələrlə hər zaman yalnız qələbə müjdələrini və xoş xəbərləri paylaşmağı arzulayır, hamını 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik edir!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video