08:03 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell” tələbələr üçün yeni karyera imkanları yaradır

ANA SƏHİFƏ / ELANLAR
00:47 04.06.2021

 

Lider mobil operator növbəti karyera sərgisində iştirak edib

 

Fəaliyyəti boyunca gənc nəslin peşəkar və fərdi inkişafına dəstək olan “Azercell Telekom” MMC növbəti karyera sərgisində öz stendi ilə təmsil olunub. İyun ayının 2-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbində təşkil edilən sərgidə “Azercell”in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin mütəxəssisləri sərgi iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb. Tədbir iştirakçıları şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları, kadrların seçilməsi və  işə qəbul prosesləri haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, “Azercell” mütəmadi olaraq karyera sərgilərində iştirak edərək öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə dəstək olmağa çalışır. Şirkət may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn formatda təşkil etdiyi X Məzun-Karyera Sərgisinə də qatılıb. 63 dövlət qurumu və özəl şirkətlərin iştirakı ilə həyata keçirilən bu sərgidə ümumilikdə 200-dən çox vakansiya və 300-dək təcrübə yeri təqdim olunub.

Azərbaycanda təhsilin inkişafına daim töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən “Azercell” bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM