14 Oktyabr 2021 00:13
1764
ELANLAR
A- A+

“Azercell” şirkəti “Tokio-2020”nin qaliblərini təbrik etdi

 

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya və paralimpiya medalçılarını dəyərli hədiyyələrlə mükafatlandırdı

 

“Tokio-2020” Yay Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komandalarının məğrur tərəfdaşı kimi çıxış edən “Azercell”  ölkəmiz üçün böyük uğurla nəticələnən bu əhəmiyyətli yarışın medalçılarını təbrik etdi.

Oktyabr ayının 12-də “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalova, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin iştirakı ilə keçirilən görüşə “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olan idmançılar  qatılmışdılar. Tədbirdə qonaqları salamlayan “Azercell” şirkətinin prezidenti Z.Zeynalova bildirdi ki, 23 olimpiyaçımızın  və paralimpiyaçılarımızın müxtəlif idman növlərində toplam olaraq 26 medal qazanmaları ölkəmiz üçün böyük bir fəxrdir: “Yarışlara qatılan və mükafat alan bütün idmançılarımız, xüsusilə də bu il rekord sayda qızıl medal qazanaraq Azərbaycanın adını 10 lider ölkə sırasına daxil edən paralimpiyaçılarımızla qürur duyur, onları ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram. “Tokio-2020” çərçivəsində “Azercell”i məğrur tərəfdaş kimi dəvət edən Azərbaycan Milli Olimpiya Komitəsinə və Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkür edirəm”.

Tədbirdə  Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov  söz alaraq ölkəmizdə olimpiya və paralimpiya hərəkatlarına olan dəstəyə görə təşəkkürlərini bildirdilər. Ç.Hüseynzadə qeyd etdi ki, Olimpiya və Paralimpiya komandasının “Tokio-2020” Oyunlarındakı iştirakı və yarışların nəticələrinin Azərbaycan, eyni zamanda dünyaya çatdırılmasında ölkənin birnömrəli mobil operatoru olan “Azercell” şirkətinin böyük zəhməti var.

Tədbirdə bütün qalib idmançılara “Azercell Telekom” adından sertifikatlar və dəyərli hədiyyələr təqdim olundu.

Xatırladaq ki, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycanın Milli Olimpiya yığması 3 gümüş və 4 bürünc medal, Milli Paralimpiya yığması isə 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Ümumilikdə, Azərbaycan idmançıları ölkəmizə 14 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdıblar.

Məlumat üçün bildirək ki, “Azercell” 2004-cü ildə Afinada keçirilən yay oyunlarında Azərbaycanın Milli Olimpiya yığmasının tərəfdaşı olmuşdur. Bundan başqa, “Azercell” 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin sponsorudur. Bu komitədə yetişmiş idmançılar ayrı-ayrı illərdə ölkəmizə beynəlxalq turnirlərdə müxtəlif medallar qazandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video