25 Sentyabr 2021 01:32
956
ELANLAR
A- A+

“Azercell” Mobil Müştəri Xidmətləri Şuşada! 

 

Aparıcı mobil operator işğaldan azad olunmuş Qarabağda müştərilərinə xidmət göstərən ilk şirkət oldu

 

Qədim Şuşa şəhəri də daxil olmaqla, Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında yenidənqurma və bərpa işləri genişləndikcə daha çox insanın bu ərazilərə səfər etməsi və işləməsi üçün imkan yaradılır.

Fasiləsiz mobil rabitəni təmin edən texniki heyətlə yanaşı, “Azercell”in müştəri xidmətləri də artıq şirkətin şəbəkəsinin əhatə dairəsindən faydalanan abunəçilərə tam dəstək vermək təşəbbüsü ilə çıxış edir.

Bununla əlaqədar, 22-23 sentyabr tarixlərində “Azercell” Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə uzun bir səfər təşkil edərək, tam sayda müştəri xidmətlərini fəaliyyətini gerçəkləşdirdi. Yuxarı Gövhər ağa Məscidi, Şuşa Şəhər İcra Hakimiyyəti və bu yaxınlarda istifadəyə verilən Qarabağ mehmanxanasının yaxınlığında yerləşən böyük meydanda “Azercell” Müştəri Xidmətləri komandası hazırda Şuşada olan və çalışan müxtəlif abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, 200-ə yaxın abunəçiyə xidmət göstərilərək 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bir qayda olaraq “Azercell”in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar bütün Şuşa abunəçiləri üçün pulsuz həyata keçirildi.

Hazırda  “Azercell” işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla “Azercell” Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksəkkeyfiyyətli mobil xidmətlərlə təmin edib.

“Azercel”in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir. Şirkətin Mobil Müştəri Xidmətlərinin Şuşa səfəri yaxın zamanlarda Qarabağın digər rayonlarına planlaşdırılan çoxsaylı səfərlərdən ən birincisi oldu.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video