10 Avqust 2021 00:31
272
ELANLAR
A- A+

“Azercell” azad olunmuş ərazilərimizdə şəbəkəsini genişləndirir

 

Artıq bu torpaqlarımızda yüksəkkeyfiyyətli mobil rabitənin təmin olunması məqsədilə şirkətin 60-dan çox stansiyası fəaliyyət göstərir

 

44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi nəticəsində doğma torpaqlarımızın azad olunması ölkəmizin həyatında yeni bir mərhələyə təkan verdi. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası istiqamətində dövlət səviyyəli layihələrin təşkil olunması da bundan xəbər verir.

Şanlı ordumuzun, demək olar ki, ardınca bütün cəbhəboyu irəliləyən “Azercell” komandası Cəbrayıl rayonundan başlayaraq azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmağa müvəffəq olub. “Azercell” işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda qurulmuş “Azercell” şirkətinə məxsus 60-dan artıq radio baza stansiyası 2G/3G/4G standartlarını dəstəkləyir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq “Azercell” şəbəkəsi ilə əhatə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. “Azercell” şirkəti öz növbəsində bu istiqamətdə hər cür fəaliyyətə dəstək verməyə hazır olduğunu bildirir.

“Azercell”in əsas vəzifəsi və məqsədi işğaldan azad olunmuş ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video