23 Oktyabr 2011 12:10
277
Təhsil
A- A+

Azərbaycanlı alimin MDB ölkələrinin elm və yaradıcı ziyalılarının VI forumunda məruzəsi maraqla qarşılanmışdır

 

Xəbər verdiyimiz kimi, Ukrayna paytaxtında MDB ölkələrinin elm və yaradıcı ziyalılarının VI forumu keçirilir.

Tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının  və Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının forum çərçivəsində keçirilən birgə iclasında "Elm və təhsil  MDB ölkələrinin iqtisadiyyatlarının modernləşdirilməsini təmin edən əsas amillərdir" mövzusunda məruzə ilə çıxış etmişdir.

A.Məhərrəmov slaydların nümayişi ilə müşayiət olunan çıxışında Bakı Beynəlxalq Humanitar Forumunun tarixi əhəmiyyətini vurğulamışdır. O, məruzəsini Azərbaycan Prezidenti İlham Əliyevin  Azərbaycanın iqtisadi potensialını intellektual kapitala çevirmək  çağırışı ilə bitirmişdir.

Abel Məhərrəmov forum çərçivəsində Taras Şevşenko adına  Kiyev Milli Universitetinin rektoru Leonid Quberski ilə görüşərək, ukraynalı həmkarını 70 illik yubileyi münasibətilə təbrik etmişdir. Rektorlar iki dost ölkənin aparıcı ali məktəblərinin gələcək əməkdaşlığı məsələlərini müzakirə etmişlər.

A.Məhərrəmov Azərbaycanın Ukraynadakı səfirliyi yanında ulu öndər Heydər Əliyevin abidəsi qarşısına güllər qoymuş, səfir Eynulla Mədətli ilə görüşmüşdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video