28 Iyun 2013 02:06
247
PARLAMENT
A- A+

Azərbaycanla Vyetnamın müstəqilliyi uzun mübarizə yolundan keçib

 

İyunun 27-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Əli Hüseynli rəhbərlik etdiyi komitənin üzvlərini qonaqlara təqdim etdikdən sonra deyib ki, Azərbaycan və Vyetnam xalqları apardıqları çox gərgin siyasi mübarizə nəticəsində müstəqillik əldə ediblər: "Hər iki xalq mübarizə yolunda xeyli qurban veribdir. Azərbaycan azadlığını qazandıqdan sonra hüquqi və demokratik inkişaf yolu seçibdir. Bu gün Azərbaycan təkcə iqtisadi sahədə deyil, həmçinin insan hüquq və azadlıqlarının qorunması, hüququn aliliyi və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində də böyük irəliləyişlərə nail olubdur".

Uonq Çu Lu Azərbaycan parlamentində mehriban qarşılanmaya görə minnətdarlıq edərək bildirib ki, Vyetnam xalqı da uzun illər apardığı mübarizədən sonra özünün müstəqil dövlətini qurubdur. Müstəqillikdən əvvəl geridə qalmış ölkə olan Vyetnam bu gün iqtisadi inkişafı ilə dünya dövlətlərinin diqqətini cəlb edir. Vyetnama investisiya qoymaq istəyən müxtəlif ölkələrin iri şirkətlərinin sayı ildən-ilə artmaqdadır.

Görüşdə qərara alınmışdır ki, iki ölkənin parlamentlərinin nümayəndələri qarşılıqlı səfərləri intensivləşdirərək daha yaxın əlaqələr qursunlar.

* * *

Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Vyetnam parlamentinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Komitə üzvü Azər Kərimov qonaqları Azərbaycan parlamentində salamlayaraq iki ölkə arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, bu əlaqələrin əsası hələ 1970-ci illərdə qoyulmuşdur: "Həmin dövrdə yüzlərlə vyetnamlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alırdılar. Bu gün rəsmi Bakı Şərq ölkələri, o cümlədən Vyetnamla əlaqələrin inkişafına xüsusi önəm verir. Enerji, kənd təsərrüfatı və turizm sahələrində daha sıx əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu potensialdan istifadə edərək əlaqələri genişləndirmək hər iki ölkənin milli maraqlarına uyğundur".

A.Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Darabağ münaqişəsi barədə də qonaqlara məlumat verərək deyib ki, Ermənistanın işğalçılıq siyasəti bütün beynəlxalq təşkilatlar tərəfindən pislənmiş və müvafiq qərarlar qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın zəbt edilmiş ərazilərinin azad edilməsi haqqında qəbul etdikləri qətnamələrə baxmayaraq, rəsmi Yerevan buna əməl etmir, ümumilikdə beynəlxalq hüquqa etinasız yanaşır.

Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lu səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Bakı Dövlət Universitetində təhsil aldığı illəri xatırladaraq hazırda Azərbaycan paytaxtının xeyli gözəlləşdiyini vurğulayıb. Qonaq daha sonra Vyetnam parlamentinin strukturu, qanunların hazırlanması və qəbulu prosesləri haqqında ətraflı məlumat verib. Söhbət zamanı qeyd edilib ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 29 milyon dollardır. Lakin bu rəqəm tərəfləri qane etmir və ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələri daha da genişləndirmək üçün iki ölkənin geniş potensialı var.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video