06 Aprel 2021 22:08
613
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Rusiyanın gömrük-sərhəd keçid məntəqələrindən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri müzakirə olunub

 

Aprelin 6-da Dövlət Gömrük Komitəsində (DGK) beynəlxalq yük daşımalarını həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan və Rusiya arasındakı gömrük-sərhəd keçid məntəqələrindən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, dövri olaraq yaranan növbələr, Rusiya tərəfdə Azərbaycan daşıyıcı şirkətlərinə qanunvericiliyin tətbiqi zamanı cərimələrin hesablanması, sürücülərin sərhəd-keçid məntəqələrində saxlanılması ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan-Rusiya sərhədində yerləşən gömrük-keçid məntəqələri beynəlxalq ticarətin və tranzitin həyata keçirilməsində mühüm rol oynayır və daşımaların sürətli, asan şəkildə reallaşdırılması üçün iki ölkənin gömrük qurumları arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.

Hazırda gömrük-keçid məntəqələrində yenidənqurma işləri aparılır və bu il ərzində daha bir gömrük-keçid məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bu da sərhədkeçmə proseslərinin və yük daşımalarının sürətləndirilməsinə şərait yaradacaq.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri G.Pesçanskix daşıyıcı şirkətlərin nümayəndələrinin gömrük, nəqliyyat və sərhədkeçmə prosesləri ilə bağlı suallarını cavablandırıb, onları narahat edən məsələlərin araşdırılacağını və mümkün köməyin göstəriləcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video