30 Iyun 2021 12:09
736
İQTİSADİYYAT
A- A+

Azərbaycanla İtaliyanın uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda tərəfdaşlığın rolundan danışılıb

 

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycanda yeni təyin edilmiş səfiri Klaudio Taffuri ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir K.Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərə diqqət çəkilib, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin gələcək inkişafı baxımından tarixi səfər olduğu və münasibətlərin dərinləşməsinə xüsusi təkan verdiyi bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri vurğulanıb, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edilib. Uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda tərəfdaşlığın mühüm rol oynadığı qeyd edilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasına diqqət çəkilib, gündəlikdə bir çox məsələlərin olduğu, qlobal pandemiyanın təsirlərinə baxmayaraq məsələlərin həlli istiqamətində əhəmiyyətli işlərin görüldüyü qeyd edilib.

Səfir öz növbəsində səmimi qəbula və təbrikə görə təşəkkür edib. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafının yüksək qiymətləndirildiyini, energetika sahəsində əlaqələrin daha da genişləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə müvafiq sahədə ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video