05 Oktyabr 2013 02:10
251
PARLAMENT
A- A+

Azərbaycanla Gürcüstan fövqəladə halların nəticələrinin aradan qaldırılmasında bir-birinə yardım edəcək

 

Oktyabrın 4-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasın gündəliyində bir məsələ müzakirə olunub.

"Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə olan bu qanun layihəsi haqqında Milli Məclisin Sədr müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, saziş cari ilin avqust ayının 1-də imzalanıb və təsdiq olunması üçün Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Bu sazişin təsdiq olunması qonşu Gürcüstanla əlaqələrimizin inkişafında böyük rol oynayacaq. Onun sözlərinə görə, müzakirəyə təqdim edilən sözügedən qanun layihəsi hərtərəfli işlənib hazırlanıb və fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün lazım olan yardımın göstərilməsi sənəddə tam əksini tapıb: "Gürcüstan bizə qonşu dövlətdir, strateji mövqeyə malikdir. Ona görə də hər hansı bir fövqəladə hal zamanı yaranan çətin durumda Gürcüstana yardım etməyə hazır olmalıyıq".

Qeyd olunub ki, qanun layihəsində yer alan müddəaların vaxtında və böyük keyfiyyətlə həyata keçirlməsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin potensialı, şəxsi heyətinin peşəkarlığı tam imkan verir. Çünki FHN qısa zaman kəsiyində tam müasir avadanlıqlarla təchiz edilib.

Bu saziş çərçivəsində tərəflərdən hər hansı birinin ərazisində baş vermiş və ya baş vermə təhlükəsi olan fövqəladə halların nəticələri həmin tərəfin öz cəhdləri və vasitələri ilə aradan qaldıra bilmədiyi hallarda tərəflər sorğu əsasında bir-birinə qarşılıqlı yardım göstərəcəklər. Sorğu göndərən tərəfin səlahiyyətli orqanı tərəfindən təyin edilmiş şəxslər sorğu alan tərəfin yardım dəstəsinin rəhbərlərinə fövqəladə hal nəticəsində yaranmış vəziyyət və onun inkişafı, fəaliyyət planı, təyin edilmiş tapşırıqlar, iştirak edən digər dəstələrlə əməkdaşlığın üsulu və mövcud maddi-texniki avadanlıqlar barəsində məlumat verməli, həmçinin digər lazımi xidmətlər və vasitələri təmin etməlidirlər.

Müzakirələr zamanı qanun layihəsinin əhəmiyyəti vurğulanıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video