24 Iyun 2021 00:33
602
PARLAMENT
A- A+

Azərbaycanla Çili arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar var

 

İyunun 23-də Azərbaycan Milli Məclisi və Çili Senatının parlamentlərarası dostluq qruplarının videokonfrans formatında görüşü keçirilib.

Görüşdə Azərbaycan tərəfindən Çili ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov, qrupun üzvü İqbal Məmmədov, ölkəmizin Argentina, Çili, Uruqvay, Paraqvay və Boliviyadakı səfiri Rəşad Aslanov, digər rəsmi şəxslər iştirak ediblər.

Azər Badamov bildirib ki, Azərbaycan və Çili dost ölkələrdir, 26 ildir ki, ölkələrimiz arasında diplomatik əlaqələr mövcuddur, parlamentlərarası münasibətlər də inkişaf etməkdədir. Millət vəkili Azərbaycanın son dövrdə bir çox  nailiyyətlər əldə etdiyini söyləyib. O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində yaxşı imkanların olduğunu deyib, münasibətlərin inkişafında parlamentlərin rolundan danışıb.

Deputatımız 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın müzəffər Ordumuz  tərəfindən azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb. O, Çilinin bu məsələdə bizi həmişə dəstəklədiyini təqdir edib.

Onlayn görüşdə iştirak edən Çili Senatının Azərbaycanla dostluq qrupunun sədri, senator Fransisko Çauvan ölkəsinin Azərbaycanla əlaqələrin intensivləşməsində maraqlı olduğunu bildirib.

Münasibətlərin inkişafında parlament diplomatiyasının əhəmiyyətindən danışan Çili parlamentarisi bu istiqamətdə  qarşılıqlı səfərlərin  önəmli olduğunu söyləyib. İki ölkə arasında ticarət, sosial, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video