13:17 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanla Böyük Britaniya arasında gömrük əməkdaşlığı sahəsində müzakirələr aparılıb
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:30 17.06.2021

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi ilə Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri arasında görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə DGK-nın sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, komitə sədrinin müavinləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp, Birləşmiş Krallığın Azərbaycandakı biznes qrupunun rəhbəri Con Patterson və bu ölkədən olan iş adamları iştirak ediblər.

Səfir görüşün keçirilməsindən məmnunluğunu bildirib, iki ölkə arasındakı əməkdaşlıqdan, gömrük orqanları arasındakı qarşılıqlı münasibətlərdən, sərhədlərdə təhlükəsizliyin təmin olunması istiqamətində reallaşdırılan təcrübə mübadiləsindən danışıb.

C.Şarp Dövlət Gömrük Komitəsinin Azərbaycan iqtisadiyyatının inkişafında, vətəndaşların rifahının yaxşılaşdırılmasında, narkotiklərə qarşı mübarizədə, onların Avropaya daşınmasının qarşısının alınmasında xüsusi rol oynadığını bildirib. Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamları ilə gömrük məsələlərinə dair müzakirələrin aparılmasını yüksək qiymətləndirən diplomat görüşü qarşılıqlı əməkdaşlıq münasibətlərinin yeni müstəvisi kimi qiymətləndirib.

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalarda Birləşmiş Krallıq şirkətlərinin mühüm paya sahib olduğunu, əsasən neft-qaz sənayesi sahəsinə kapital qoyulduğunu vurğulayan səfir Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar çərçivəsində təmsil etdiyi ölkənin şirkətlərinin qeyri-neft sektoruna da yatırım etdiyini diqqətə çatdırıb.

Azərbaycan hökumətinin həyata keçirdiyi təşviq siyasətinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə aparılan bərpa işlərində də Birləşmiş Krallığı təmsil edən şirkətlərin fəaliyyətə başladığını bildirən C.Şarp qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunacağına ümidvar olduğunu bildirib.

Son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan islahatların biznesin dəstəklənməsində, şəffaflığın təmin olunmasında, korrupsiyanın aradan qaldırılmasında mühüm rol oynadığını, tətbiq edilən yeniliklərin Azərbaycanın reytinqini yüksəltdiyini diqqətə çatdıran səfir bu məlumatların Avropa İttifaqının, Birləşmiş Krallığın, eyni zamanda, bir sıra beynəlxalq qurumların apardığı araşdırmalarda da əksini tapdığını vurğulayıb.

Sonda C.Şarp görüşün təmsil etdiyi ölkənin iş adamları ilə gömrük orqanları arasında səmərəli, işgüzar münasibətlərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev iki ölkə arasındakı səmərəli və işgüzar əməkdaşlıqdan danışıb, Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamlarının da bu münasibətlərin güclənməsinə və dərinləşməsinə mühüm töhfələr verdiyini bildirib.

Prezident İlham Əliyev tərəfindən son illər ərzində bütün sahələrdə olduğu kimi gömrük sistemində də aparılan mütərəqqi islahatlardan bəhs edən S.Mehdiyev tətbiq edilən yeniliklər hesabına gömrük orqanlarının kadr potensialının gücləndirildiyini, daha müasir və çevik strukturun formalaşdırıldığını, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

O da qeyd olunub ki, hazırda “nəzarətdən xidmətə” prinsipi əsasında fəaliyyət göstərən gömrük orqanları ən müasir yanaşma və metodlardan istifadə edir və gömrük işinin təşkili prosesində çatışmazlıqların aradan qaldırılması məqsədilə hər zaman biznes nümayəndələrinin, o cümlədən britaniyalı iş adamlarının təklif və rəylərini dinləməyə, dəyərləndirməyə hazırdır.

S.Mehdiyev vurğulayıb ki, tətbiq edilən yeniliklərin nəticəsində son 3 ildə narkotiklərlə mübarizə çərçivəsində Avropaya daşınmasına cəhd göstərilən 6 tona qədər narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Gömrük orqanlarının şəffaflığın təmin olunması, korrupsiya və “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərindən də bəhs edən komitə sədri görülən işlərin nəticəsi olaraq dövlət büdcəsinə ödənəcək vergi və rüsumların 2 milyard manatdan 4 milyarda çatdırıldığını bildirib.

Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində aparılan təkmilləşdirmələr, gömrük əməliyyatlarının tamamilə elektronlaşdırılması, risk əsaslı gömrük nəzarəti tədbirlərinin, “Yaşıl dəhliz” və digər innovativ yeniliklərin tətbiqi hesabına fiziki yoxlamaların 80 faiz azaldıldığını bildirən S.Mehdiyev gömrük orqanlarının beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi üçün ən qabaqcıl təcrübələrdən faydalandığını diqqətə çatdırıb. Komitə sədri ümidvar olduğunu bildirib ki, bu görüş çərçivəsində qarşılıqlı səmərəli fəaliyyət üçün yeni imkanlar yaranacaq və əməkdaşlıq daha da güclənəcək.

Daha sonra görüşdə britaniyalı iş adamları tərəfindən müəyyənləşdirilən konkret məsələlər ətrafında müzakirələr aparılıb, biznes nümayəndələrinin sualları cavablandırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM