25 Iyun 2021 19:27
822
CƏMİYYƏT
A- A+

Azərbaycanla bağlı hazırlanmış əhali proqnozuna dair təqdimat olub

 

Demoqrafik inkişafın perspektivləri, həmçinin əhali proqnozları ilə bağlı dolğun məlumatlar sosial-iqtsadi inkişaf proqramlarının hazırlanmasında mühüm önəm kəsb edir. BMT Əhali Fondu və Çexiyanın Karlov Universiteti ilə əməkdaşlıq müstəvisində bu sahədə önəmli işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu nazir Sahil Babayev qeyd edilən Universitetin professoru, beynəlxalq ekspert Tomaş Kuçera ilə videokonfrans formatında keçirdiyi görüşdə bildirib. Görüşdə BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev və nümayəndəliyin əməkdaşları da iştirak edib.

Nazir ölkəmizdə müsbət demoqrafik meyllərin davamlı xarakter aldığını, əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb. O, hər il doğulanların sayının, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artdığını və müsbət miqrasiya saldosunun davam etdiyini qeyd edib.

S.Babayev bildirib ki, əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılması, dolğun proqnozlaşdırma sisteminin yaradılması sahəsində əməkdaşlıq məqsədilə hələ 2019-cu ilin dekabr ayında nazirliklə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Karlov Universiteti də cəlb edilərək demoqrafik proqnozların hazırlanması, mükəmməl proqnozlaşdırma metodologiyasının tətbiqi, eləcə də bu sahədə milli kadr potensialının formalaşdırılması sahəsində birgə işlər aparılır. Artıq mövcud və perspektiv demoqrafik inkişaf meyilləri nəzərə alınmaqla ölkəmizin 2050-ci ilə qədər əhali proqnozu hazırlanıb.

F.Babayev uğurlu davamlı inkişaf üçün təkmil institusional yanaşmalara əsaslanan demoqrafik proqnozlaşdırma sisteminin yaradılmasının önəmini qeyd edib. Əhalinin say və yaş tərkibində baş verə biləcək dəyişikliklərin nəzərə alınmasının gələcək inkişaf üçün atılacaq addımların müəyyən olunmasında vacibliyini, bu sahədə BMT Əhali Fondunun əməkdaşlıq müstəvisində dəstəyini diqqətə çatdırıb.

T.Kuçera ölkəmizlə bağlı əhali proqnozlarının hazırlanması işlərində iştirak edərək öz töhfəsini verməkdən məmnunluğunu bildirib. Sonra əhali proqnozunun hazırlanması işlərinin yekunlarına dair T.Kuçera tərəfindən təqdimat edilib.

Təqdim edilən proqnozda ölkə əhalisinin cari inkişaf mənzərəsi əks olunmaqla, əhalinin sayı, yaş və cins strukturunda gələcək dəyişikliklərin qiymətləndirilməsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video