23 Iyul 2021 18:13
1019
İQTİSADİYYAT
A- A+

Azərbaycanın xarici ticarət dövriyyəsi 11,9 milyard dollar olub

 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 11 milyard 957,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyard 564,7 milyon dollar, idxalın dəyəri 4 milyard 392,9 milyon dollar təşkil edib, nəticədə 3 milyard 171,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artıb, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 88,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, Ukrayna, İspaniya, Almaniya, İsrail, Birləşmiş Krallıq, ABŞ, Portuqaliya, Tunis, Xorvatiya, Belarus, İran, Tailand, İsveçrə, Yaponiya və Koreya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiyanın, 15 faizi Türkiyənin, 12,7 faizi Çinin, 6,6 faizi Almaniyanın, 4,4 faizi ABŞ-ın, 4 faizi Ukraynanın, hər biri 3,5 faiz olmaqla İran və İtaliyanın, 2,7 faizi Birləşmiş Krallığın, hər biri 2 faiz olmaqla Koreya və Yaponiyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, 1,2 faizi Belarusun, hər biri 1,1 faiz olmaqla Vyetnam və Polşanın, 1 faizi Niderlandın, 16,9 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 67,2 faizini avtomobil, 17,4 faizini dəmir yolu, 10,7 faizini hava, 4,4 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

Cari ilin yanvar-may aylarında ölkəyə 28 min 840 ədəd minik avtomobili, 2286 ədəd yük avtomobili, 51 ədəd avtobus idxal olunub. İxracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 0,9 faizini Kanadaya, hər biri 0,6 faiz olmaqla Almaniya, İrlandiya və Cəbəllütariqə, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Yanvar-may aylarında ixracın 85 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,5 faizini avtomobil, 4,5 faizini dəmir yolu, 1,5 faizini hava, 0,5 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video